Enerji istehsalı oksigenin iştirakı ilə baş verəndə çıxım 15 dəfə artır

...

Atom 11 Dekabr 2016 22:22


 

Oksigen daim ehtiyacımız olan maddədir. Əgər oksigen olmasa, sadəcə 4 dəqiqə yaşaya bilərik.

Hüceyrənin tənəffüsü üçün lazım olan 5 əhəmiyyətli şey var.

Çayınıza, yaxud da qəhvənizə qatdığınız şəkər sonsuza qədər gözləsəniz beləheç vaxt ikiyə bölünüb triozaya çevrilməz. Şəkəri iki bərabər hissəyə bölən qlikoliz prosesi sadəcə hüceyrə daxilindəki 10 pilləli proses nəticəsində həyata keçə bilər.

İstehsal edilən triozalar oksigenlə dolu şarın içinə qoyulsa belə, öz-özünə karbondioksid, su və enerji yaranmaz. Mitoxondri adlı enerji stansiyası, onun içindəki limon duzu dövranınımeydana gətirən fermentlər və daha çox şəkər yandıran zəncirvari reaksiyalar olmadan lazımi enerjini əldə edilə bilməz.

Bir molekul şəkərin oksigendə yanması üçün 20-dən çox ferment vədaşıyıcı molekul fəaliyyət göstərir. Bunun üçün 300-dən çox amin turşusunun düzgün sıra və sayda birləşməsi, hər birinin öz vəzifəsini bilməsi lazımdır. Canlılarda zülallar təbiətdə mövcud olan 20 müxtəlif amin turşusundan sintez olunur. Hər bir amin turşusunun doğru sıra və növdə olması 1/20300 ehtimaldır və bu, “zülalın təbiət qanunları ilə təsadüfən yaranması ehtimalı sıfıra bərabərdir”,- deməkdir

Fermentlər və zülallar enerji istehsal etmək üçün müəyyən tərtiblə zəncirvari reaksiyalar yaradaraqprosesə daxil olurlar. Məsələn, sianidlə zəhərlənmədə elektron ötürməzəncirindəyalnız bir ferment deaktiv olur, arsenlə zəhərlənmədə isə limon duzudövranındayalnız bir ferment deaktiv olur. Ancaq hər iki zəhərlənmə də çox qısa müddətdə ölümlə nəticələnir. Hüceyrədə kifayət qədər şəkər və oksigen olsa da, fermentlərdən hansısa birinin fəaliyyət göstərməməsi belə lazımi enerjinin yaranmamasına səbəb olur.

Şəkərin yanmasından sonra yaranan enerji həmin vaxt istifadə edilə bilmir. Hüceyrələr bu enerjini istifadə ediləcək hala gətirmək üçün xüsusi sistemlərlə enerjini sanki batareya kimi ATF adlı üzvi molekulun içinə yığır.

 

ATF adlı enerji saxlayan molekul istehsal edən xüsusi zülal lazım gələndə onu parçalayaraq enerjini sərbəst buraxmaq üçün başqa zülallardan istifadə edir və bu proses daim davam edir.

Hüceyrənin hansısa prosesi özbaşına düşünməsi mümkün deyil. Bunun üçün tədqiqatlar aparmalı, hər dəfə düzgün hesablamalarla doğru nəticələr əldə etməlidir. Həmin proseslər həyat üçün riskli nəticələr yaratdığı üçün bu mümkün deyil.Bu qədər mükəmməl sistemin olması yaradılış həqiqətidir. Allah insan bədənində bu mükəmməl nizama şərait yaradan təbiət qanunları var edib. Bu bizlərə bütün kainatı Allahın yaratdığını və bu yaradılışda bir məqsəd və hikmət olduğu həqiqətini yenidən xatırladır. Allah bir ayədə belə buyurur:

Bunlar Allahın yaratdıqlarıdır. İndi siz mənə göstərin görüm, Ondan başqaları nə yaradıblar. Xeyr! Zalımlar açıq-aydın azğınlıq içindədirlər. (Loğman Surəsi, 11)

Həyatımızın bir molekuldan asılı olması, əslində,bizə Allaha nə qədər möhtac olduğumuzu xatırladır. İnsan öz bədənində baş verənləri elmi biliyi olmadan anlamayacaq qədər acizdir. Buna görə Allaha təslim olmalı və heç nəyin boşuna yaradılmadığını anlamalıdır. Çünki dünyadakı nizam-intizam insana gerçəkləri göstərir, hər şey mükəmməl şəkildə bir-birinə uyğun və qüsursuzdur. Ayədə bu həqiqət belə bildirilir:

“Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allahdır. Vəhy onların arasında ona görə nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz”.(Talaq surəsi, 12)