
Heç bir hüceyrə orqanoidinin biloji bir prosesiöyrənməyə, sözün əsl mənasında, fürsəti yoxdur.Çünki hüceyrəyarandığı andabelə funksiyaları yerinə yetirəcək xüsusiyyətlərə malik olmayıb daha sonra zaman ərzindəonu əldə edə bilməsi mümkün deyil. İnsan yarandığı andan etibarən bu sistem bədənində bütöv şəkildə mövcuddur. Əks təqdirdə enerji istehsalında əsas rolu olan oksigen hüceyrəni dərhal məhv edər. Bu halda hüceyrə yarandığı vaxt eyni zamanda oksigenə qarşı qüsursuz sistemlə əhatə olunmalıdır. Yalnız bunun sayəsində özünü yox edə bilənbu qazı alıb əvəzində həyatını davam etdirmək üçün ən əsas ehtiyacını, yəni enerjini istehsal edə biləcəkdir.
Mitoxondrinin məqsədi oksigen istifadə edərəkenerjini istehsal etməkdir. Bunu da arxa-arxaya çalışan həmin fermentlər sistemi olmadan bacara bilməz. Bu fermentlərya canlıda bütöv şəkildə var, ya da yoxdur və sonrakı nəslə irsiyyət yolu ilə, yəni DNT-də saxlanan məlumat vasitəsilə ötürülə bilərlər. Heç bir canlı öz-özlüyündə belə birkompleksliyi öyrənə bilməz. Bu sistem o qədər mürəkkəbdir ki, insanın zəkası bugün bütün imkanlarından istifadə etsə də, bu cür sistemi qurmağa qadir deyil.