
Dərin nəfəs alın... Nəfəs almaq bizi rahatladan bir şeydir. Bəs bunun, əslində, bədənimizdəki yanma reaksiyası üçün baş verdiyini bilirdinizmi?
Enerji istehsalı üçün qəbul etdiyimiz şəkərli qidalar bədənimizdə oksigendə yanırvə oksigen əldə etmək üçün də nəfəs alırıq.
Bədənimizi təşkil edən ən kiçik struktur hissəciyi hüceyrələrdir.Hüceyrələr kiçik batareyalara bənzəyir və enerji istehsal etmək üçün mürəkkəb reaksiyalar aparırlar. Enerji əldə etmək üçün istifadə edilən ən əhəmiyyətli molekul oksigendir. Bu, maşın mühərrikində havadakı oksigenin qığılcımla birləşməsi nəticəsində yanan benzindən enerji ayrılması kimi hüceyrələr də xüsusi fermentlərdən istifadə edərək oksigenlə şəkər molekulunu yandırırlar. Əlbətdə ki, bu proses daha nizamlı şəkildə və dəqiqliklə gerçəkləşir.
Enerji emalındafəaliyyət göstərən molekullar
Kimyəvi proses zamanı hüceyrənin ehtiyacı olan enerjinin yaranması üçün 1 qlükoza molekulu 6 oksigen molekulu ilə reaksiyaya girir. Bunun nəticəsində 6 karbondioksid molekulu və 6 su molekulu əmələ gəlir.
Hüceyrənin şəkəri parçalamasının ilkin mərhələsi qlikoliz adlanır və bu proses hüceyrənin içindəki sərbəst sahədə həyata keçir. Bu mərhələdə hələki oksigen yoxdur. Oksigen yandırma qabiliyyəti yüksək və zərərli maddə olduğundan hüceyrə içində mitoxondri adlı xüsusi enerji stansiyasında saxlanılır.
Qlikoliz prosesində 10fərqli ferment iştirak edir. Bu fermentlər 10 mərhələli proseslə hüceyrənin içinə daxil olan şəkəri (C6H12O6) oksigenlə yanacaq hala gətirməyə çalışır və şəkəri iki bərabər hissəyə parçalayırlar. Əmələ gələn yeni molekun adı triozadır (C3H6O3). Trioza artıq mitoxondrinin içinə girə bilər.
Mitoxondrinin içində triozayeni reaksiya və proseslərədaxil olacaq. Trioza mitoxondrinin içində “Limon duzu dövranı”adlı 8 fermentin iştirak etdiyi zəncirvari yanma reaksiyalarına daxil olur. Bu mərhələdə ilk dəfə oksigenlə qarşılaşır və ilk yanma reaksiyası baş verir. Artıq trioza fərqli molekula çevrilir və prosesin mərhələləri davam edir. Zəncirvari reaksiyalar nəticəsində oksigendə daha çox yana bilən molekullardan yüksək miqdarda enerji əldə edilir.