ATOM

...

Atom 24 Aprel 2016 22:57


 

1.Avropa Nüvə  Tədiqatları Mərkəzinin (CERN) mütəxəssisləri böyük hadron toqquşdurucusu vasitəsilə həyata keçirdikləri təcrübələrdə  iki subatomik zərrəcik kəşf ediblər. Bu subatomik zərrəciklər güclü  qüvvənin birləşdirdiyi üç kvarkdan ibarət bariondan təşkil olunmuşdur. 

CERN-dən verilən məlumata əsasən, bu kəşf dünyanın yaranmasından bəhs edən elementar hissəciklər fizikasından kənara çıxaraq o dövrdə baş vermiş prosesləri daha geniş  tədqiq etməyə imkan verəcək.

CERN-in nəzdindəki LPNHE Laboratoriyasında çalışan Metyu Çarlz bu kəşfi şərh edərkən “birini axtarırdıq, ikisini tapdıq” - deyib.

14 milyard il əvvəl kainatın yaranmasına səbəb olan “Böyük Partlayış” nəzəriyyəsini əyani sübut etmək üçün həyata keçirilən təcrübənin dəyəri 10 milyard dollardır. Təcrübədə kəşf olunan subatomik zərrəciklərin 27 km uzunluğu olan tuneldə bir-biri ilə toqquşdurulan protonlardan 6 dəfə daha ağır olduğu müşahidə olunub. 

Tədqiqatların nəticələri "Physical Review Letters” jurnalında dərc olunub.

Daha əvvəl də böyük hardon toqquqquşdurucusu ilə zərrəciklərə kütlə qazandırdığı düşünülən “Hiqs bozonu” subatomik zərrəcik kəşf edilmişdi. “Tanrı zərrəciyi” də adlandırılan  “Hiqs bozon”unun kəşfi belçikalı fizik Fransua Enqlert və ingilis alim Piter Hiqsə Nobel mükafatı qazandırmışdı.

 

2.İngiltərənin Kembric, Bat və Kardiff universitetlərinin birgə həyata keçirdikləri tədqiqatlar nəticəsində öz-özünü bərpa edən beton istehsal edilib.

Tərkibində xüsusi bakteriya növü olan betondan çəkilmiş asfalt örtüklərin müəyyən müddət sonra dağılmış hissələri öz-özünü bərpa edəcəkdir. Betona qarışdırılan xüsusi bakteriya yağış suyu ilə təmas etdikdə əhəng daşına çevrilir və asfalt örtüyündə meydana gələn çalaları doldurur. Gələcəkdə bu maddənin daha da təkmilləşdirilərək inşaat sektorunda istifadə edilməsi nəzərdə tutulur.

ALMA radio teleskopu kiçik bir ulduzun ətrafında formalaşan planetlərin indiyə qədər çəkilmiş ən dəqiq görüntüsünü əldə edib. 

BBC-nin məlumatına görə, ALMA radio teleskopu yaşı bir milyondan az olan və buğa bürcünə aid olan HL Tau ulduzunu əhatə edən tünd halqalar, toz və qaz diskinin yüksək keyfiyyətli şəklini çəkib. Toz və qaz buludlarında tünd rəngli halqa kimi nəzərə çarpan boşluqlar orbitində yeni formalaşmağa başlayan planetlər tərəfindən yaradılır. 

Mərkəzi HL Tau ulduzu olan bu yeni formasiya dünyadan 450 işıq ili uzaqlığındadır. Əldə edilən bu şəkil ALMA radio teleskopunun yüksək keyfiyyətli xüsusiyyətləri sayəsində çəkilib.

Alimlər teleskopu sınaqdan keçirərkən antenaları HL Tau ulduzuna tərəf istiqamətləndirdiklərini və gözləmədikləri halda planetlərin yaranma prosesini əvvəlkindən daha dəqiq şəkildə izlədiklərini bildiriblər.

Oksford universitetinin astrofizik Aprajita Verma bu nəaliyyəti "bir sözlə möhtəşəmdir"- deyərək dəyərləndirib.