Köpək balığının dərisində suyun müqavimətinin təsirini azaldan sturuktur

...

Heyvanlar 11 Dekabr 2016 22:44


 

Köpək balıqları üzərkən sanki su onlara heç mane olmurmuş kimi hərəkət edirlər. Həqiqətən də, su gəmi üzərkən onun gövdəsinə etdiyi təsir qədər köpək balığına təsir etmir. Bu canlıların dəriləri suda hərəkət edərkən suyun müqavimətinə daha az məruz qalır. Çünki Allah bu canlıların dərilərini çıxıntılı quruluşla yaratmışdır. Köpək balıqlarının dərilərində "Riblets" adlanan hərəkətli və kələ-kötür çıxıntılar başdan quyruğuna doğru üzəcəyi istiqamətə paralel olaraq uzanır və axına qarşı müqaviməti azaldır. Bu da canlının eyni güc sərf edərək daha sürətlə hərəkət etməsinə və ya sahib olduğu enerji ilə sürətini dəyişmədən daha uzun məsafə qət etməsinə imkan yaradır. Köpək balıqlarının dərilərindəki bu xüsusiyyətlər gəmi gövdəsinin səthinə tətbiq edilərsə, gəmi nə qədər sürətlə gedirsə getsin, daha az yanacaq sərf olunar, gəminin sürtünməsi 5%-ə qədər azalar və böyük konteyner gəmi sahibləri də ildə təxminən 300 min dollar qənaət edərlər.

Amma bu gün bu çıxıntılı quruluş gəmilərə tam olaraq tətbiq olunmayıb. Çünki çıxıntılı quruluşun 50 %-i bir müddət sonra aşınır və faydasız hala gəlir. Gəmilərin ən böyük problemlərindən biri də gəminin səthinə yapışan yosunlar və dəniz molyusklarının suyun müqavimət qüvvəsini artırmasıdır. Bu problemi aradan qaldırmaq üçün gəminin səthi zəhərli maddələrdən hazırlanmış örtüklə örtülə bilər. Amma bu örtüyün təqlidi köpək balığı dərisi ilə necə uyğunlaşdırılacağı hələ ki tapılmayıb. Bu vəziyyət texnologiya nə qədər inkişaf edərsə etsin, insanların mövcud xüsusiyyətləri təqlid edərkən belə necə çətinliklərlə qarşılaşacağını göstərir. Gəmilərdə yaranan bu problemlər Allahın üstün ağlının əsəri olan köpək balığının dərisində heç vaxt yaşanmır. Bu canlının dərisi nə sürtünmədən aşınır, nə də üzəri yosun və ya molyusklarla örtülür.