Bitkilərin qida dəyərini hesablayan şimal maralları

...

Heyvanlar 21 İyun 2016 01:15


Şimal maralları tez-tez yem axtardıqları üçün daima hərəkətdə olan canlılardır. Bu canlıların əsas qida mənbəyi asan həzm olunan, lakin yavaş böyüyən şibyədir. Marallar qışda, əsasən, şibyənin bol və qarın az olduğu yerlərə köç edirlər. Yazda isə yeni doğulmuş balalarına süd vermək üçün zülal və minerallarla qidalanmalıdırlar. Şibyə isə zülalla zəngin deyil. Bitkilərin xüsusiyyətləri bitdikləri yerin hündürlüyünə və torpağının xüsusiyyətinə görə fərqlənir. Hündür yerlərdə bitən bitkilər həm zülal və minerallarla zəngin olur, həm də asan həzm olunur. Lakin bu, mövsümi xüsusiyyətdir. Təkcə yay fəslinin əvvəlində bitkilər bu xüsusiyyətlərə sahib olurlar. Şimal maralları isə, sanki bu məlumatı bilirmişmiş kimi, yay fəslinin başlaması ilə bu sahələrə üz tuturlar.

Yayın ortalarına doğru bu bitkilərin qida dəyəri azalır. Temperatur düşüb yer qarla örtülməyə başladıqda isə ən uyğun qida yenə şibyə olur. Buna görə qışlağa doğru köç başlayır. Bu şüursuz varlıqların botanik, coğrafiyaşünas kimi düşünüb hansı bitkinin harada və nə vaxt yetişdiyini, tərkibini, hansı qida mənbəyinə ehtiyaclarıolduğunu vəhəmin bölgəyə getmək üçün hansı istiqamətdə hərəkət etməli olduqlarını bilmələri qeyri-mümkündür, yaşamaq üçün bu köçləri qüsursuz şəkildə yerinə yetirirlər. Buradan aydın olur ki, necə davranmalı odluqları şimal marallarına daima ilham olunur.

Allah yaratdığı canlıları sonsuz mərhəməti ilə qoruyur. Orqanizmlərinin yaşadıqları şəraitə uyğun yaradılması ilə yanaşı, maralların davranışlarını da Allah onlara anbaan ilham edir. Bütün canlılar kimi şimal maralları da Allah`ın sonsuz qüdrətinin dəlillərindəndir:

“Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!”– deyər, o da olar.”