Yuxuda olarkən bədənimizdə hansi proseslər baş verir?

...

İnsan bədəni 4 İyul 2016 00:56


Hər insan ömrünün 1/3-ni yuxuda keçirir. Hər gün baş verən, əslində, böyük möcüzə olan yuxu bütün bədən sistemlərinin passivləşdiyi dincəlmə prosesi deyil. Çünki yuxuda bədəndə aktiv yenilənmə prosesi başlayır.

Yuxu insan həyatının labüd ehtiyaclarından biridir. Bədənimizin suya, oksigenə və qidaya ehtiyacı olduğu qədər yuxuya da ehtiyacı var. Yuxu passiv dincəlmə prosesi deyil. Yuxu əsnasında gün ərzində beyini məşğul edən fəaliyyətlər, gərginliklər və hafizəyə ötürülən məlumatlar sanki kompyuterin yaddaşının təmizlənməsi kimi təmizlənir. Yuxuda hormon səviyyəsi tarazlaşdırılır, həzm sistemi işləyir, immun sistemi işə düşür, dəri yenidən formalaşır. Hüceyrə bölünməsi yuxuda aktiv şəkildə davam edir.

Yuxuda nələr yenilənir?

 

Dərimizin hamar qalması hər gün 10 qram ölü dəri hüceyrəsinin bədəndən atılması ilə təmin olunur. Bunun üçün hər axşam dərimizin ən üst təbəqəsindəki hüceyrələr bölünməyə başlayır. Yuxu zamanı isə böyümə hormonunun ifrazının artması ilə bu reaksiya sürətlənir. Gecənin səssizliyi bunun üçün ən ideal mühitdir. Çünki gecə nə günəş, nə külək, nə də hərəkət hüceyrə bölünməsinə mane olur. Bu yenilənmə saatlarında dərinin başda oksigen olmaqla, bir sıra qida maddəsinə ehtiyacı var. Hər nəfəs aldıqda dəri ehtiyacı olan oksigeni tədarük edir. Bu səbəbdən mütəxəssislər axşamlar yatmazdan əvvəl yataq otağının havasının dəyişdirilməsini tövsiyə edirlər. Yatarkən, xüsusilə də, yuxu gördüyümüz saatlarda bədən temperaturunun 2 dərəcə artması ilə orqanizm bol miqdarda maye ifraz edir. Buna görə səhər oyandıqda saçlarımız nəm, forması pozulmuş olur. Yağ vəziləri gecələr yeniləndiyi üçün yuxu zamanı yağ ifrazı az olur. Bu səbəbdən dərisi quru olanlar səhər dəriləri daha da qurumuş şəkildə oyanırlar. Yuxu mütəxəssisləri qanımızdakı böyümə hormonu miqdarının yuxuya gedən kimi ani surətdə artdığını müəyyən ediblər. Bu səbəbdən normal yuxudan sonra bədənimiz yenilənmiş olaraq oyanırıq.

 

Nə vaxt, nə qədər yatmalıyıq?

 

Gündəlik yuxu müddəti insandan və yaşdan asılı olaraq dəyişir. Əsasən, yaş artdıqca yuxu müddəti azalır. Ancaq gündəlik təqribən 6-8 saatlıq yuxu böyüklər üçün kifayətdir. Tez-tez oyanan,dərin yuxuya gedə bilməyən insanlarınxəstəliklərə qarşı müqaviməti zəif olur. Belə hallarda bədənin ritmi nəzarətdən çıxır. Bu isə dəriyə təsir edir: dəri quruyur, qabıqlanır, çatlayır, hüceyrələr müntəzəm bölünmədiyi üçün dəri getdikcə nazilir. Quru dəri daha da quruyur, qırışlı dəri isə daha da deformasiya olur.

 

Mütəxəssislər ən ideal yuxu vaxtının gecə olduğunu bildirirlər. Yuxu pozğunluğu olanlara gündüz yatmağı tövsiyə etmir və gecə yuxusunun əhəmiyyəti üzərində dayanırlar. Hüceyrə yenilənməsi və hormonal reaksiyalar ancaq gecələr baş verdiyi üçün günorta yuxusunun o qədər də əhəmiyyəti yoxdur. Çünki beynimizin ifraz etdiyi melatonin hormonu hava qaraldıqdan sonra ifraz olunur. Dərinin yenilənmə prosesini də bu hormon başladır. Allah Quranda bu vəziyyəti belə bildirir:

 

 

Sizin üçün gecəni örtük, yuxunu rahatlıq, gündüzü də canlanma vaxtı edən Odur. (Furqan surəsi, 47)

 

Yuxusuzluq

 

Bədənimizdə gündəlik yuxu-ayıqlıq tsiklini tənzimləyən mexanizm var. Sirkad ritmi adlanan bu mexanizm bədəndəki 24 saatlıq zaman diliminə görə tənzimlənmiş bioloji saat tərəfindən idarə edilir. Əsasən, ətraf mühit və daxili amillərə görə bu ritm pozularaq yuxusuzluq meydana gətirir. Bununla yanaşı, nizamsız yuxu vərdişləri, psixoloji səbəblər, nevroloji xəstəliklər, hormonal pozğunluqlar, fizioloji və irsi amillər də yuxusuzluğa səbəb olur. Cəmiyyətdə yuxusuzluq ağrıdan sonra ən çox rast gəlindən ikinci şikayətdir. Amerikada bu problem tibbi xərclər, qəza itkiləri, işə gəlməmə və istehsalda azalma kimi ildə təqribən 100 milyard dollar itkiyə səbəb olur.

 

Yuxusuzluq ümumi yatmasaatı olaraq deyil, kifayət qədər və yaxşı yuxu almayıb səhər dincəlmədən oyanma kimi tərif edilir. Məsələn, gündəlik yuxu ehtiyacı 5 saat olan və 5 saat yuxudan sonra səhər dincəlmiş şəkildə oyanan insan yuxusuzluqdan əziyyət çəkməz.

 

Müxtəlif yuxu pozğunluqları

 

Yuxu pozğunluğuən çox yuxulaya bilməmək, yuxunun yarımçıq qalması və ya səhər erkən saatda oyanıb yenidən yata bilməmək şəklində müşahidə olunur. Ancaq çox yatmaq və ya yastığı görən kimi yuxu gəlməsi də yuxu pozğunluğunun bir növüdür. Yuxusuzluğun ən çox rast gəlinən növü psixofizioloji yuxusuzluqdur. Bu, bütün yuxu xəstəliklərinin əlaməti kimi üzə çıxa bilər. Bundan əlavə, daxili, psixiatrik və ya dərmanlarla da əlaqədar ola bilər. Psixofizioloji yuxusuzluq, əsasən, stress kimi amillərdən əmələ gəlir. Psixofizioloji yuxusuzluqda bütün diqqət yuxuya getməmək üzərində toplanır. İdiopatik yuxusuzluqda isə insan xroniki olaraq yata bilmir, tam yuxunu davam etdirə bilmir. Yatağa girdikdə yuxuya getmə prosesi çox uzun olur və yuxu oyanmalarla bölünür. Buna səbəb nevroloji pozğunluqdur, nevroloji pozğunluq nə qədər yüngül və ya güclüdürsə, yuxusuzluq da bu qədər yüngül və ya güclü ola bilir. Ciddi hallarda xəstələr iş görə bilmirlər. Bununla yanaşı, yuxuda gəzmək, yuxuda qorxma da geniş yayılmış yuxu pozğunluqlarındandır.

 

Yuxusuzluq tez-tez rast gəlinən, müalicə olunan xəstəlikdir. Müalicə olunmadıqda mühüm xəstəliklərə, hətta ölümə səbəb olur, depressiyanın əmələ gəlməsində risk amilinə çevrilir.

 

Yuxuda apnoye (tənəffüsdə fasilələr) və yuxuda ruhun alınması

 

Yuxuda tənəffüsün dayanması kimi tərif edilən apnoye həyatı təhlükə altında qoyan uzunmüddətli ciddi xəstəliklərə səbəb olur. İlk dəfə 1965-ci ildə diaqnozu qoyulan apnoye yunan dilində “nəfəs alma arzusu” deməkdir. İki növ yuxu apnoyesi var: birində beyin tənəffüs əzələlərində tənəffüsü başladan impulsları doğru göndərə bilmir, digərində isə hava tənəffüs yollarında tıxanır. Apnoye zamanı insan nəfəs almaqda çətinlik çəkir,damarlar və ürək müqavimətə qarşı işləyir. Bu anda qandakı oksigenin miqdarı azalır. Ürəyin də ritmi pozulur. Yuxuda ani ölüm halları başda olmaqla, hipertenziya, ürək xəstəlikləri, infarkt və iflic uzun müddət davam edən apnoyenin səbəb olduğu xəstəliklərdəndir.

Göründüyü kimi, yuxu zamanı insanın həyatı bir çox təhlükə ilə qarşılaşır. Ona görə də hər səhər yuxu

dan sağlam oyandığımıza görə şükür etməliyik. Yuxu zamanı insan şüurunu və xarici mühiti qavrama qabiliyyətlərini qismən itirir. “Kiçik ölüm” adlanan yuxudan şüurlu vəziyyətdə oyanmaq, qüsursuz görmək, eşitmək, hiss etmək kimi nemətlər üzərində düşünmək lazımdır. Gecə yatmaq üçün yatağına girən insan bu bənzərsiz nemətlərin səhər yenidən ona veriləcəyinə əmin ola bilməz. Bundan əlavə, insan hər hansı fəlakətlə qarşılaşmadan və ya sağlamlığında problem olmadan oyanacağına da əmin ola bilməz. Bu həqiqət Quran ayəsində belə bildirilir:

 

Allah ölənlərin canını ölüm anında, ölməyənlərin canını isə onlar yuxuda ikən alır. Ölümünə hökm verdiyi kəsin canını saxlayır, digərini isə müəyyən olunmuş vaxtadək buraxır. Həqiqətən, bunda ağıl sahibləri üçün dəlillər vardır. (Zumər surəsi, 42)

 

Yuxusuzluq necə təsir edir?

Kifayət qədər yatmadıqda insan gün ərzində yuxulu olur. Lakin ən əsası insanda düşünmə problemləri meydana gəlir. Yeni şeyləri daha yavaş öyrənir, yaddaşla bağlı və qərar vermə prosesində problemlər yaranır. Yuxu azlığı və ya yuxulaya bilməmə, yuxu əsnasında tənəffüs problemlərinin olması qanda oksigenin səviyyəsindəki dəyişikliklərə, düşünmə, yaddaş və fiziki pozğunluqlara səbəb olur. Fiziki pozğunluqlar isə ürək, ağciyər və hormonal xəstəliklər törədir.

 

Yuxuda hərəkət etməyin əhəmiyyəti

Uzun müddət eyni vəziyyətdə yatan insanların səhhətində ciddi problemlər yaranır: qan dövranında fəsadların meydana gəlməsi, dəridə yaraların əmələ gəlməsi, bədənin yatılan tərəfi ilə təmas edən bölgələrdə qanın laxtalanması...

 

Uzun müddət eyni vəziyyətdə yatdıqda yataq yaraları əmələ gəlir, çünki uzun müddət eyni vəziyyətdə yatdıqda bədənin müəyyən hissəsinə təsir edən mütəmadi təzyiq qan damarlarının sıxılaraq tutulmasına səbəb olur. Nəticədə, qan yolu ilə daşınan oksigen və digər qidalar dəriyə çatmır və dəri ölməyə başlayır. Bu isə bədəndə yaralar əmələ gətirir. Əgər bu yaralar müalicə edilməzsə, dərinin təbəqələri, yağ və əzələ toxumaları da ölür.

 

Dərinin və ya toxumanın altında əmələ gələn yaralar müalicə edilməzsə və ya infeksiyaya məruz qalarsa, ağırlaşır, hətta həyati təhlükəyə səbəb olur. Buna görə də dərinin məruz qaldığı təzyiqi azaltmaq üçün hər 15 dəqiqədən bir yatılan vəziyyəti dəyişmək lazımdır. Hərəkət edə bilməyən iflic xəstələrinə də bu səbəbdən xüsusi qayğı göstərilir və onlarhər 2 saatda başqasının köməyi ilə hərəkət edirlər.