
Yer-Ay sistemi olmadıqda Yupiterin nəhəng kütləsi Merkuri, Venera kimi daxili planetlərdə böyük qeyri-sabitliyə səbəb olardı. Bu da müəyyən müddət sonra Merkuri və Venera planetlərinin orbitlərini bir-birinə həddindən artıq yaxınlaşdırar, belə bir yaxınlaşma isə Merkurinin sistemdən kənara atılması, Veneranın da orbitinin dəyişməsi ilə nəticələnərdi. Günəş sisteminin kompyuter simulyasiyasını quran elm adamları sistemdə milyardlarla il davam edən müvazinət və sabitliyin ancaq bu planetlərin ideal kütlə və mövqeləri sayəsində mümkün olduğunu, bu müvazinətdə ən kiçik dəyişikliyin belə Günəş sisteminin, eləcə də bəşəriyyətin məhv olmasına səbəb olacağını bildiriblər.
1998-ci ilin noyabr ayında məşhur astronomiya jurnalı “The Astronomical Journal”da dərc edilən son astronomik tədqiqatların biri haqqındakı yazıda Günəş sistemindəki bu qeyri-adi müvazinət “əsas kəşflərimiz Günəş sistemindəki uzunmüddətli sabitlik və müvazinətin təmin edilməsi üçün bir növ “ilk dizayna” ehtiyac olduğunu göstərir” (Innanen, Kimmo, S. Mikkola, and P.Wiegert. 1998. The Earth-Moon System and the Dynamical Stability of the Inner Solar System. The Astronomical Journal 116: səh. 2055-2057) ifadəsilə vurğulanır. Şübhəsiz ki, məqalədəki “ilk dizayn” ifadəsilə Rəbbimizin qüsursuz yaratması ifadə edilir. Günəş sisteminin quruluşu da insan həyatı üçün qeyri-adi dərəcədə xüsusi yaradılışla nizamlanmışdır. Allah’ın bu üstün yaratması Quranda bir çox ayə ilə xəbər verilmiş və insanlara bu möcüzəvi yaradılış üzərində düşünmək əmr edilmişdir:
"Həqiqətən, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra ərşi yaradıb hökmü altına alan, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyən, günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən Allah`dır. Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır!" (Əraf surəsi, 54)
Günəş və Yer məhz lazım olduğu kimi yaradılmışdır. Allah’ın hər şeyi bir hesabla yaratması Quranda belə xəbər verilmişdir:
"Səhəri yarıb çıxaran, gecəni bir istirahət vaxtı, günəşi və ayı bir ölçü ilə yaradan Odur. Bu, yenilməz qüvvət sahibi, (hər şeyi) bilən Allah`ın təqdiridir" (Ənam surəsi, 96)