Yarpaqların dik dayanaraq günəş işığından daha çox faydalanmaları midrib adlı ana damar sayəsində gerçəkləşir. Bu damar yarpağın ortasından keçərək onu bitkiyə birləşdirir. Həmçinin, midribdən çıxaraq yarpağın səthinə yayılan başqa damarlar da var. Midrib və bu yan damarlar yarpağın düz durmasına kömək edən skelet vəzifəsini yerinə yetirir.
Bəs saya bilməyəcəyimiz qədər çox olan yarpaqlardan hər biri dəqiq hesablama və düz durmaqları üçün lazımi damar sisteminə necə sahib olublar? Əlbəttə ki, bir yarpağın öz-özünə, günəş işığından maksimum faydalanmasının onun üçün daha yaxşı olacağını düşünməsi mümkün deyil. Həmçinin yarpaqların dik durmaq üçün uc qisimlərə doğru meyillənməsi, ya da ortalarında skelet vəzifəsini yerinə yetirəcək bir damar sistemi yaratmağa qərar verməsi də mümkün deyil. Nəticədə yuxarıdakı sualın cavabı da deməli, çox sadədir: Yarpaqdakı damar sistemini də, uc hissəsindəki qıvrımını da yaradan uca Allahdır.
Yarpaq mexaniki bir dəstək kimi iş görən damarlar üzərinə sərilən parçaya bənzəyir. Bu sistem faydalı olmaq üçün yarpağın toxumasını dəstəkləyəndə enerjidən çox az istifadə etməlidir. Yarpaq üçün bu çox asandır. Çünki yarpağın ortasından keçən ana damar və bu damardan yarpaqların kənarlarına uzanan ikinci damarlar var. Xüsusilə ana damarın olduğu yer yarpağın ağırlığının paylanmasında çox əhəmiyyətlidir.
Belə ki, ana damarın qaldırma gücü birləşdiyi nöqtəsindən uzaqlaşdıqca azalır, ağırlıq isə uzaqlaşdığı nisbətdə artır. Məsələn, ağır bir kitabı qolunuzu irəli tutaraq tutsanız qolunuzun kitabı qaldırma gücünün azaldığını, kitabın qolunuza təsir edən ağırlığının isə artdığını hiss edəcəksiniz. Ancaq ana damar yarpağın düz ortasından keçdiyi üçün üzərindəki ağırlıq bərabər miqdarda paylanır.
Bu adi bir proses deyil. Heç bir tarazlıq qətiyyən təsadüfən yaranmaz. Bir düşünün, kərpiclər təsadüfən birləşib sağlam bina əmələ gətirə bilərlər? Ya da hansısa bir körpü ağırlıq mərkəzi hesablanmadan inşa edilsə, ayaqda dura bilər? Təbii ki, bu iki nümunə və buna bənzər minlərlə hadisədə olduğu kimi maddə təsadüfən birləşib hansısa nizam və tarazlıq yarada bilməz. Canlı, ya da cansız olsun, hər varlığı bu sistemlə yaradan uca Allahdır. Allah kiçik yarpağı da, üzərində milyardlarla insanın rahatlıqda yaşadığı dünyanı da mükəmməl şəkildə yaradıb. Bir şeyin böyük və ya kiçikliyi əhəmiyyətli deyil, Allahın yaratmasında heç bir əskiklik olmaz. Quran ayələrində Allahın hər şeyi mükəmməl yaratdığı və heç kimin Onun yaratdığı kainatda qüsur tapmağa gücünün çatmayacağı belə bildirir:
“Yeddi göyü təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli (Allahın) yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb (göyə) diqqət yetir, heç onda bir çat görürsənmi? Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir..” (Mülk Suresi, 3-4)
Yarpaqlardakı xüsusi yaradılış sayəsində onlar düz dayanırlar