Yanacağa daha çox qənaət etmək üçün təyyarələr quşlara bənzədilməlidir

...

Biomimetika 24 Aprel 2016 22:53


Müasir təyyarələrin quruluşu yaxşı olsa da, yanacağa daha çox qənaət etmək üçün sürtünmə qüvvəsini azaldıb qaldırma qüvvəsini artırmaqla onlara daha çox aerodinamik quruluş vermək mümkündürmü?

Elm adamları nəzəri cəhətdən bunun mümkün olduğunu düşünüb təcrübədən keçirmişlər. Yalnız qanadlardan ibarət olan modelə sürtünmə qüvvəsini azaldan gövdə və kiçik quyruq əlavə etməklə 3 fərqli formada model hazırlamışlar. Bu kiçik quyruq gövdə tərəfindən yaradılan aerodinamik nasazlığı tarazlaşdırdı. Bu modellərdən hansının daha çox qaldırma qüvvəsinə və daha az sürtünmə qüvvəsinə malik olduğu araşdırılanda məlum olmuşdur ki:

 

  • Yalnız qanad modeli idealdır, lakin yük daşımaq baxımından əlverişli deyil;
  • Gövdə əlavə olunduqda daşıma tutumu azalmış, sürtünmə artmışdır;
  • Tamamilə düzgün formada quyruq əlavə olunduqda isə həm daşıma tutumu qənaətbəxş olmuş, həm də sürtünmə azalmışdır.

 

Sonuncu model quşun formasına yaxın olması baxımından diqqətçəkicidir. 

Quşlardakı aerodinamik quruluşu tamamilə təqlid etmək hal-hazırda mümkün deyil. Quşun quruluşu kimi təyyarə indiyənə qədər hazırlanmamaşdır. Bunun əsas səbəbi odur ki, quşlar olduqları mühitə görə qanadlarının formalarını dəyişirlər. Təyyarədə isə stabil hissələrdən istifadə olunur. Quşlar təyyarələr kimi qanadcıqlarla deyil, bütün qanadlarından istifadə edərək müxtəlif formalarda uçurlar.  

Allahın yaratma sənəti ən gözəl, əlverişli və ağıllı üsuldur. Bunu həyatın bütün sahələrində görmək mümkündür. Müasir dövrdə inkişaf etmiş texnologiya və elmə sahib olsaq da, Allah tərəfindən yaradılmış canlıların mükəmməl xüsusiyyətlərini olduğu kimi təqlid etmək mümkün deyil. Allah həyatımızı asanlaşdırmağımız üçün canlılardakı gözəl nümunələri bizə təqdim etmişdir və bir çox ixtiralar bu üsulla ortaya çıxmışdır. Biz də bir daha Allahın qüsursuz sənətini və üstün əsərlərini görüb təqdir edə bilirik. Bu əsərlər Allahın insanlara təqdim etdiyi lütfdür.

Uca Allah ayələrində belə bildirir:

Məgər onlar (başları) üzərində dəstə-dəstə pərvazlanıb (uçan), (hərdən də qanadlarını) yığan quşları görmürlərmi? Onları (havada) ancaq Mərhəmətli (Allah) saxlayır. Şübhəsiz ki, O, hər şeyi görür. (Mülk surəsi, 19)

Məgər göylərdə və yerdə olanların, həm də qanad açıb uçan quşların Allaha təriflər dediklərini görmürsənmi? Hər biri öz duasını və həmd-sənasını bilir. Allah onların nə etdiklərini bilir. (Nur surəsi, 41)