
Quraqlıq bölgələrdə yaşayan bir çox bitki su toplama xüsusiyyətinə sahibdir. Hər bitki suyu fərqli hissələrdə toplayıb saxlayır. Bu bitkilər susuzluğa dözümlü şəkildə yaradılıb. Kiçik sidr ağacı peucephyllum və gecələr az miqdarda nəm alıb şiddətli quraqlıqda da yaşıl qalan capparis spinosa bitkisi susuzluğa dözümlü bitkilərdəndir.
Bir çox ağac və kolun yarpaqları quraqlığa dözümlü şəkildə yaradılıb. Məsələn, bəziləri iynə, ya da buket şəklində kiçik yarpaqlara sahibdir. Bu yarpaqlar sayəsində günəşin istiliyinə daha az məruz qalır. Bəzi qısa ömürlü bitkilərin yarpaqlarının kənarında, daha çox üst hissədə məsamələr olur. Bu məsamələr küləkli hava şəraitində buxarlanma nəticəsində baş verən su itkisinin qarşısı alır. Bəzi yarpaqların hər iki tərəfində bu məsamələr var. Xüsusilə hava dumanlı olanda bu məsamələr vasitəsilə havadan nəm alınır.
Bəzi bitkilərin yarpaqları manzanita bitkisində olduğu kimi şaquli formadadır. Yarpağın üst hissəsinə günəş işığı daha az düşdüyündən su itkisi də azalmış olur.
Kaktus kimi yarpaqsız bitkilərdən olan Paloverde də fotosintez prosesini gövdəsi vasitəsilə edir. Çöl mühitində bitkinin yarpağı çox olanda su daha çox buxarlanır. Bu səbəbdən, Allah bu bitkiləri çöl şəraitinə dayana biləcək şəkildə yaradıb. Bütün çöl bitkiləri istiyə qarşı fərqli tədbirlər alır. Bitkilərə lazım olan məlimatı verən, olduğu mühitə uyğun şəkildə yaradan aləmlərin Rəbbi olan uca Allahdır.