Səhraların möcüzəvi canlısı dəvə elmə ilham verir

...

Biomimetika 13 İyun 2016 00:15


 

Dəvənin burnu səhraların yaşıllaşdırılmasına necə ilham mənbəyi olub?

Dəvə qanından tibdə nə üçün istifadə edilir?

Dəvələrin güclü həzm sistemi

Dəvə çətin səhraşəraitində balalarını necə qidalandırırlar?

Dəvələr haqqındakı Quran möcüzəsi

 

Ərəb dilində “dəvə”, yəni “إبل – ibil” sözünün mənası gözəlləşdirən, gözəllik verən deməkdir. Bədəninin hər bir detalı yaradılış möcüzəsi olan dəvəni Allahadının mənasına uyğun olaraq insanlara xeyir verməsi və xidmət etməsi üçün yaratmışdır.

Allahın Quranda “Məgər dəvəyə baxmırlar ki, necə yaradılmışdır?” (Ğaşiyə surəsi, 17) ayəsi ilə diqqət çəkdiyi dəvə möcüzəvi xüsusiyyətlərə malikdir.

Dəvənin burnu Afrikanın ən böyük enerji layihəsinə ilham mənbəyi olub

Qızmar səhralarda temperatur yüksək olsa da, su olmadığı üçün rütubət çox azdır. Belə mühitdə dəvə nəfəs alarkən havadakı rütubəti maksimum doğru istifadə etməlidir. Buna görə Rəbbimiz dəvənin burnunu böyük, qırışlı və süngərəbənzər toxuma ilə yaratmışdır. Bu qüsursuz burun quruluşunəfəs aldıqda rütubətin 66%-ini saxlayır, 40°C-dən yuxarı temperaturu 20°C-yə qədər azaldaraq ağciyər üçün əlverişli edir. Hər cəhətdən möcüzəvi xüsusiyyətlərə sahib olan bu səhra canlısı uca Allahın yaratdığı sistemlə havadakı rütubəti hesablayaraq nəfəs aldığı havanı soyudur.

Alimlər dəvənin burnundakı bu sistemdən ilhamlanaraq çox böyük layihə hazırlayıblar. Səhrada meşə salmağı və Saxara səhrasını nəhəng elektrik stansiyasına çevirməyi planlaşdırırlar. Layihəyə əsasən, səhranın 1%-dən bir az böyük hissəsindən əldə ediləcək enerji dünyadakı bütün elektrik stansiyalarının hasil etdiyi enerji miqdarına bərabər olacaq. Səhranın ətrafındakı okean və dənizlərdən götürülən su duzdan təmizlənərək günəş enerjisi ilə işləyən nasoslarla səhraya gətiriləcək və dəvənin burnundan ilhamlanaraq qurulan sistemlə bitkilərin köklərinə veriləcək. Xüsusi qurulan bəndlər isə istixananı sərin saxlayaraq bitkilərin böyüməsi üçün ideal temperatur yaradacaq. Beləliklə buxarlanmanın və sızmanın səbəb olduğu su itkisi ən az səviyyəyə endiriləcək və səhranın bəzi yerləri 8°C-yə qədər soyudulacaq. Gördüyümüz  kimi, dəvənin burnundakı mükəmməl sistemdən ilhamlanan alimlər uca Allahın üstün yaratma sənətini nümunə götürürlər. Ayədə bu həqiqət belə bildirilir:

“… Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır!” (Əraf surəsi, 54)

 

Dəvənin 10 dəqiqədə 130 litr su içməyinə baxmayaraq, həyati funksiyalarıniyəpozulmur?

Heyranlıq doğuran xüsusiyyətlərə sahib olan dəvələr qızmar səhrada uzun müddət susuz yaşaya bilirlər. 10 dəqiqə ərzində 130 litr su içən bu canlı günlərlə davam edən səfərlər üçün ehtiyacı olan mayeni mədəsində depolayır. Adətən,  bir çox məməli temperatur yüksək olduqda soyumaq üçün tərləyir. Bu şəkildə bədənlərindəki su qısa müddətdə tər şəklində xaric olunur. Ancaq dəvələr tərləmək əvəzinə bədən temperaturlarını adi vəziyyətdəkinə nisbətən 11°C artırırlar. Beləliklə, bədənlərindəki suyu uzun müddət saxlayaraq maksimum dərəcədə faydalanırlar. Bir insanın normal bədən temperaturu 36,5 -37°C-dir. Bədən temperaturunda dəyişikliklər olduqda ölümcül nəticələrəgətirib çıxardır. Lakin uca Allahın mükəmməl yaratması ilə dəvələr bu prosesi problemsiz həyata keçirirlər. Səhra həyatına uyğun yaradılmış dəvələrdəki bu mexanizmdə digər diqqətçəkən cəhət isə dəvənin 130 litr suyu 10 dəqiqədə içdiyi halda, həyati funksiyalarını davam etdirməsidir. Suyun qandakı miqdarının həddindən çox artmasına baxmayaraq, dəvənin həyatı üçün təhlükə yaranmaması heyrətamizdir. Üstəlik, dəvələr bu qədər çox su içərək qanlarının həcmini 30% azaldırlar. Başqa canlının qan dövranı qanın həcminin bu qədər azalmasına tab gətirə bilməz. Çox su içdikdə qandakı su miqdarı digər maddələrə müqayisədə artır. Qan hüceyrələrinin içində daha az su olduğuna görə, hüceyrə kənardan özünə su çəkməyə başlayır. Beləliklə, hüceyrələr həddindən artıq şişərək partlayır və ölümə səbəb olurlar. Z. Etzion və R. Yagil adlı bioloqlar dəvələrin bu qədər çox su içib necə həyatda qaldıqlarını araşdırmış və susuz qalmış dəvənin içdiyi suyu birbaşa qan damarlarına ötürdüyünü, digər bütün orqanların bu dəyişikliyə görə tənzimləndiyini müəyyən etmişlər.

Dəvə qandakı suyun miqdarını həddindən çox artırdığı halda, hüceyrələrin partlamasının qarşısını alan amil qan hüceyrələrinin üzərindəki xüsusi zülal təbəqəsidir. Bu təbəqə osmos səbəbi ilə şişən hüceyrələrin divarlarının gərilməsinin qarşısını alır və  hüceyrələri parçalanmağa qoymur. Aləmlərin Rəbbi olan Allah dəvələrin hüceyrələrini şişərək partlamaması üçün oval formada yaratmışdır və onlar bu sayədə həyatlarını rahatlıqla davam etdirirlər. Qurandakı “Məgər Bizim Öz əllərimizlə onlar üçün davarlar yaratdığımızı və özlərinin də onlara sahib olduqlarını görmürlərmi?!” (Yasin surəsi, 71) ayəsi Rəbbimizin mükəmməl yaratma qüdrətini açıqlayır.

Yer üzündəki milyonlarla növ canlının bənzərsiz xüsusiyyətlərinin necə meydana gəldiyini düşünən insan bunların şüursuz təsadüflərlə formalaşmadığını, heç bir canlının öz-özünə mükəmməl xüsusiyyətlər qazanmadığınıdərhal anlayar. Bütün heyvanlar, bitkilər, insanlar Allah tərəfindən yaradılmışdır. Ağıl və vicdanla düşünən insanlar üçün bu, açıq-aydın həqiqətdir.

Bu həqiqəti dərk etmək və həyatını buna uyğun yaşamq hər insanın öz xeyrinədir. Çünki insanın dünyadakı vəzifəsi Allahın ehtişamlı yaratmasını görmək ,Onun sonsuz gücünü və elmini təqdir etməkdir:

“Sizin Tanrınız ancaq O Allah’dır ki, Ondan başqa heç bir Tanrı yoxdur. O, elm ilə hər şeyi ehtiva etmişdir!” (Taha surəsi, 98)

 

Möcüzəvi şəffaf göz qapağı

Dəvələrin 3 qapaqdan ibarət gözləri qum fırtınalarından qorunmaq üçün xüsusi yaradılmışdır. Allahın Alim isminin mükəmməl təcəllilərindən biri də dəvənin göz qapaqlarıdır. Belə ki, şəffaf dəvənin 3-cü şəffaf göz qapağı canlının dəhşətli qum fırtınaları zamanı belə görməsinə şərait yaradır. Bu şəffaf göz qapaqları eynək kimi heyvanın gözlərini qumdan qoruyur, həm də gözləri qapalı ikən işığı görməsini təmin edir. Həmçinin dəvənin uzun və sıx kirpiklər də tam səhra şəraiti üçün yaradılıb və gözlərinin qumdan qoruyur. Bundan əlavə, gözlərin ətrafındakı möhkəm sümüklər gözü həm zərbələrdən, həm də günəş şüalarından qoruyur. Rəbbimizin sonsuz elmi və yaratma sənəti bütün canlılarda olduğu kimi, dəvələrdə mükəmməl şəkildə təcəlli edir.

“Gözlər Onu dərk etməz. O, gözləri dərk edər. O, lətifdir, xəbərdardır!” (Ənam surəsi, 103)

 

Güclü həzm sistemi və suya maksimum qənaət edən ifrazat sistemi

Allah dəvələrin həzm sistemini səhradakı məhdud qida çeşidinə uyğun yaratmışdır. Dəvələr yem tapmadıqda qida hesab olunmayan kauçuk, tikan kimi maddələri belə yeyirlər. Rəbbimizin yaratdığı güclü dişləri, yarıq üst dodaqları və xüsusi ağız quruluşu sayəsində bunları asanlıqla yeyə bilirlər. Mədə şirəsinin parçalayıcı təsiri ən bərk maddələri də həzm etməyə kömək edir. Digər məməlilərin mədəsi 1, dəvələrin isə mədəsi 800 kameralıdır. Qida və su bu kameralarda saxlanılır.  Bundan əlavə, dəvələr mədələrindəki həzmə kömək edən bakteriyalarla digər canlıların həzm edə bilmədiyi sellülozanı da asanlıqla həzm edə bilir. Allahın yaratdığı bu üstün xüsusiyyətlər sayəsində, adətən, gündə 30-50 kq qida qəbul edən dəvələr çətin şəraitdə gündə sadəcə 2 kq quru otla bir ay yaşaya bilirlər.

Dəvələrin böyrəkləri də yaradılış möcüzəsidir. Belə ki bu canlıların böyrəkləri az su ilə funksiyalarını  rahatlıqla yerinə yetirə bilirlər. Hətta dəvə su tapmadıqda, duzlu dəniz suyu içə bilir. Suyun geri sorulmasını təmin edən sidik kanalı digər heyvanlardakından daha uzundur. Beləliklə daha çox su geri sorulur və su itkisi az olur. Dəvə su qıtlığı zamanı gündəlik 5-10 litrlik sidik ifrazatını 90% azalda bilirlər. Adətən, əksər məməli böyrəklərində yığılmış sidik qana qarışdıqda zəhərlənib ölür. Dəvələrdə isə belə deyil. Onların böyrəkləri bədənlərindəki sidiyi təmizləyərək dəfələrlə qaraciyərdən keçirir. Bu yolla su və qidalardan maksimum faydalana bilirlər. Dəvələrin orqanlarındakı hər mükəmməl detalən gözəl adların sahibi uca Allahın qüdrət işarələrindəndir.

Hamiləlik və balanı qidalandırma

Dəvələrin hamiləlik müddəti 13 aydır, balalarını, əsasən, qış aylarında dünyaya gətirir. Doğum vaxtı, Allahın izni ilə, quraq səhranın təzə otlarla örtüldüyü və çoxlu su quyusunun olduğu dövrə düşür. Balalar 1,5 il ərzində ana südü ilə qidalanırlar. Ancaq quraq mühitdə südə də qənaət etmək lazımdır. Aləmlərin Rəbbi olan uca Allahın mükəmməl yaratması ilə, süd ancaq balaya südvermə vaxtlarında gəlir.

“Məgər onlar Allahın yaradılmışları əvvəlcə necə xəlq etdiyini, sonra da onları yenidən təkrarladığını görmürlərmi? Həqiqətən, bu, Allah üçün asandır.”(Ənkəbut surəsi, 19)

Tibbin yeni ümidi: dəvə qanı və şəfa mənbəyi dəvə südü

Sonsuz elm sahibi uca Allahın səhrada insanlara xidmət etməsi üçün yaratdığı dəvələr, alimlərin fikrincə, tibbdə mühüm yeniliyə yol açacaqdır.  Çünki bir müddət əvvəl ancaq dəvələrin qanında olan “nanobady” adlanan antitellərin müalicəvi xüsusiyyəti kəşf edilib. Dəvə antitellərinin virusları taparaq öldürdüyünü müəyyən edən elm adamları QİÇS və xərçəng kimi xəstəliklərin müalicəsində antitellərin təsirli olacağını bildirirlər.

Dəvə qanı ilə yanaşı, əsrlərdir səhradakı bədəvilər tərəfindən qida kimi istifadə olunan dəvə südünün faydaları da çoxdur. Allahın möcüzəvi xüsusiyyətlərlə yaratdığı dəvə südü insanlar üçün şəfa mənbəyidir. Bu şəfalı süddə inək südündən 10 dəfə çox dəmir və 3 dəfə çox C vitamini var. Vitamin və minerallarla zəngin olan dəvə südü eyni zamanda bir çox xəstəlik üçün müalicəvi əhəmiyyətə malikdir. Aparılan tədqiqatlar nəticəsində bu südün diabet xəstələrinin həyat səviyyəsini yüksəltdiyi, autist xəstələrə müsbət təsir göstərdiyi, immun sistemini gücləndirdiyi və buna görə də,həmin xəstəliklərin müalicəsi üçün effektiv olduğu müəyyən edilmişdir. Həmçinin, dəvə südü su və qida ehtiyacının çox olduğu səhra şəraitində yaşayan insanlar üçün də çox əhəmiyyətlidir. Uca Allah dəvələr kimi ətindən, südündən və gücündən faydalandığımız bir çox  heyvanı və başqa nemətləri qullarına bəxş etmişdir. Rəbbimizin Quranda xəbər verdiyi kimi, bu canlılar möminləri düşünüb ibrət almağa sövq edir:

“Şübhəsiz ki, mal-qarada da sizin üçün bir ibrət vardır. Biz sizə onların qarınlarındakı ifrazat və qan arasından çıxan, içənlərin boğazından rahat keçən təmiz süd içirdirik.” (Nəhl surəsi, 66)

Quran möcüzəsi: sapsarı erkək dəvə sürüləri

Alimlərin günəşdə baş verən partlayışları tədqiq etməsi ilə daha bir Quran möcüzəsi kəşf edildi.Günəşdəki püskürmə nəticəsində yüksələn alovların yanan bir sarayı işıqlandırdığı kimi 4 milyard km2-lik  bir sahəni işıqlandırdığı müəyyən edildi. Üstəlik, bu alovların ikihürgüclü dəvə formasında olduğu aşkar görünür.

Alovlar dəvə sürülərinə bənzəyir. Elm adamlarının əldə etdiyi bu son məlumatlar Quranda “Mursəlat” surəsinin 32-ci və 33-cü ayələrində belə xəbər verilmişdir:

“Hərəsi hündür imarət həcmində qığılcımlar püskürür. O (qığılcımlar), sanki sarı dəvə sürüləridir.” (Mursəlat surəsi, 32-33)

Alimlər dövrümüzdə apardıqları tədqiqatlar nəticəsində günəşdən kosmosa püskürən saray kimi nəhəng alovların dəvə sürüsünə bənzədiyini müəyyən ediblər. Lakin bu fakt Qurani-Kərimdə əsrlər əvvəl açıqlanmışdır.