Payızda yarpaqların tökülməsindəki hikmətlər

...

Yer üzü 21 İyun 2016 00:19


 

  • Ağaclar nə üçün yarpaqlarını tökürlər?

 

  • Yarpaqların tökülməsinin nə kimi hikmətləri var?

 

Bitkilər, xüsusilə də qida hasil edilən yarpaqlar üçün günəş işığı çox əhəmiyyətlidir. Payız gələndə havalar soyuyur, günlər qısalır və yer kürəsinə gələn günəş işığı azalır. Bu azalma bitkilərdə bəzi dəyişikliyə səbəb olur və yarpaqlarda “yaşlanma proqramı” adlanan yarpaq tökülməsi başlayır. Bir çox insanın düşünmədiyi, qəflət gözü ilə dəyərləndirdiyi bu proses, əslində çox böyük möcüzədir.

 

Yarpaqların tökülməsi ağaclar üçün çox vacibdir

 

Soyuq havada torpaqdakı su getdikcə qatılaşır və ağac köklərinin suyu sorması çətinləşir. Lakin buna baxmayaraq yarpaqlardakı tərləmə davam edir. Suyun azaldığı dövrdə daima tərləyən yarpaqlar bitki üçün əlavə yükə çevrilir. Onsuz da yarpaqların hüceyrələri soyuq qış günlərində donub parçalanacaq. Buna görə də qış gəlmədən yarpaqlar tökülür və bu yolla məhdud su ehtiyyatları israf edilmir.

 

Ağaclar yarpaqlarını tökməzdən əvvəl yarpaqdakı bütün qida maddələrini sorur. Məqsədləri kalium, fosfat və nitrat kimi maddələrin düşən yarpaqlarla birgə məhv olmasının qarşısını almaqdır. Bu maddələr ağac qabığının layları və gövdənin ortasından keçən özəyə göndərilərək burada toplanır. Qida maddələrinin özəkdə toplanması ağacın bu maddələri asanlıqla sormasına kömək edir.

 

Yarpaqların tökməsinin digər səbəbi də ağaclarda heyvanlardakı kimi ifrazat sisteminin olmamasıdır. Bildiyimiz kimi, hər orqanizm apardığı maddələr mübadiləsi nəticəsində bəzi tullantılar hasil edir. Bu tullantılar zəhərli ola biləcəyi üçün orqanizmdən atılmalıdır.

 

Bitkilərdə heyvanlar və insanlardakı kimi ifrazat sistemi yoxdur. Buna görə də, tullantılar yarpaq hüceyrələrindəki vakuol adlı orqanoidlərdə kristal şəklində toplanır. Yarpaqların tökülməsi nəticəsində bitkilər bu tullantılardan təmizlənir.

 

Allah bitkilərdə yarpaq tökülməsi kimi möcüzəvi sistem yaratmışdır. Bu sistemlərlə yaratmada heç bir şərikinin olmadığını və sonsuz güc sahibi olduğunu bizə göstərir.

 

“Allahı qoyub, sənə nə bir fayda, nə də bir zərər verə bilməyən şeylərə yalvarma. Əgər belə etsən, sözsüz ki, zalımlardan olarsan. Əgər Allah sənə bir zərər toxundursa, bunu Ondan başqa heç kəs aradan qaldıra bilməz. Əgər sənə bir xeyir diləsə, heç kəs Onun lütfünün qarşısını ala bilməz. O, bunu Öz qullarından istədiyinə nəsib edər. O, Bağışlayandır, Rəhmlidir.” (Yunis Surəsi, 106-107)

 

Kənardan sadəcə fiziki proses kimi görünən yarpaq tökülməsi, əslində bir çox kimyəvi hadisənin ard-arda gerçəkləşməsi nəticəsində baş verir. Bu, hər yarpağın saplağı ilə budaq arasındaki nahiyyədə yaranan son dərəcə kompleks proseslərdir. Yarpaqların tökülməsi bu barədə məlumatı olmayan insanlara adi hal kimi görünə bilər. Hər payızda eyni prosesin qüsursuz şəkildə gerçəkləşməsi, həmçinin bu hadisənin milyonlarla il fasiləsiz davam etməsi insanların gözündə adiləşə bilər. Halbuki ağaclar yarpaqlarını tökərkən yarpaqların hər birində mükəmməl və kompleks proseslər gerçəkləşir.

 

Yarpaq ayasında yerləşən hüceyrələrdə fitoxrom adlı işığa həssas və bitkilərə rəng verən molekullar var. Bitkilər bu molekul sayəsində gecələrin uzandığını və yarpaqlara daha az günəş işığı çatdığını anlayır. Fitoxromlar bu dəyişikliyi hiss etdikdə yarpağın daxilində müxtəlif reaksiyalar baş verir və yarpağın yaşlanma proqramı başlayır.

 

Yarpaqlardakı yaşlanmanın ilk göstəricilərindən biri yarpaq ayası hüceyrələrində etilenin hasil edilməsidir. Etilen qazı yarpağa yaşıl rəng verən xlorofilin məhvini başladır, başqa sözlə desək, ağac yarpaqlarındakı xlorofili geri çəkir. Yarpaq tökülməsini gecikdirən və böyümə hormonu olan oksin maddəsinin istehsalına da etilen qazı mane olur. Xlorofilin məhvinin başlaması ilə yanaşı yarpaq günəşdən daha az enerji alır və daha az şəkər istehsal edir. Həmçinin, yarpaqlara qızılı rəng verən karotenoidlər üzə çıxır və bu şəkildə rənglərini dəyişirlər.

 

Bir müddət sonra etilen qazı yarpağın hər tərəfinə yayılır və saplağına çatanda burada yerləşən kiçik hüceyrələr şişməyə başlayıb saplağın gərginləşməsinə səbəb olur. Yarpaq saplağının gövdəyə bitişdiyi hissədə yerləşən hüceyrələrin miqdarı artır və hüceyrələr xüsusi fermentlər ifraz etməyə başlayırlar. Əvvəlcə, sellüloz fermentləri sellülozdan təşkil olunmuş çəpərləri, sonra pektinaza fermentləri hüceyrələri bir-birinə birləşdirən pektin təbəqəsini parçalayır. Getdikcə artan gərginliyə yarpaq tab gətirmir və saplaq xaricdən içəriyə doğru yarılmağa başlayır.

 

Yarpaq tökülməsindəki hikmətlər

 

Yarpaq gövdədən tamamilə ayrıldığına görə daşıma borularından su qəbul edə bilmir, buna görə də bitişdiyi yerlə əlaqəsi getdikcə zəifləməyə başlayır. Bir az güclü külək belə yarpağın saplağını qoparmaq üçün kifayət edir.

 

-Yarpaq tökülməsi ilə ağacdakı qida hədər olmur

 

Allah tökülən yarpaqlarda şüurlu mexanizm yaradıb. Yarpaq tökülməzdən əvvəl zülal və karbohidrat kimi maddələr bitkinin gövdəsində toplanır. Beləliklə, tökülən yarpaq bu maddələri hədər etmir və yazda cücərən yeni yarpaqlar üçün lazımi qida ehtiyatı tədarük edilir. Bitkinin ehtiyacı olan maddələri gövdəsində toplaması Allahın yer üzündə yaratdığı həyatın davam etməsi üçün zəruridir.

 

-Yerə düşən yarpaq başqa canlılar üçün qida mənbəyidir

 

Düşən yarpaqlar da mükəmməl sistemin bir hissəsini təşkil edir. Tökülən ən böyük yarpaqlar torpağı qida ilə zənginləşdirir. Çünki torpağa düşən ölü yarpaqlar həşəratlar, göbələklər və bakteriyalar üçün faydalı qida maddəsidir. Bu qida maddələri mikroorqanizmlər tərəfindən dəyişdirilir və torpağa qarışır. Ağaclar da bu maddələri kökləri vasitəsilə torpaqdan geri ala bilirlər.

 

Düşən yarpaqlar meşə bazasında humus təbəqəsi əmələ gətirərək yağışın hopmasına kömək edir.

 

Bir çox canlı xarici amillərdən qorunmaq üçün yarpaqların altında gizlənir.

 

Şübhəsiz ki, fitoxromların günəş şüalarının azaldığını müəyyən etməsi, yarpağın düşməsi üçün lazımi bütün fermentlərin uyğun zamanda fəaliyyətə başlaması və saplağın qopacağı yerdə hüceyrələrin xüsusi fermentlər ifraz etməsinin nə qədər möcüzəvi olduğu göz qabağındadır. Nizamla işləyən və hər mərhələsi planlı, bir-biri ilə əlaqəli olan bu qüsursuz proseslər təkamülçülərin iddia etdiyi kimi təsadüflə açıqlanması qeyri-mümkündür. Bütün bu proseslərdəki vaxt qrafiki də mükəmməldir. Yarpaq tökülməsi uca Allahın qüsursuz planı sayəsində qüsursuz işləyir. Ayədə belə buyurulur:

 

Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru (şey) yoxdur ki, açıq-aydın yazıda (Lövhi-məhfuzda) olmasın. (Ənam surəsi, 59)

 

Allahın incəsənətinin nümunəsi: yarpağın qopduğu hissənin mikrobdan qorunması

 

Yarpaqdakı qida hasilatının dayanması, yarpağın saplağından qopmağa başlaması və qopub düşməsi ilə böyüyən yarığın ətrafında sürətlə dəyişikliklər baş verir. Qopduğu hissədə hüceyrələr dərhal suberin (mantar) ifraz etməyə başlayırlar. Beləliklə, yaranın üstü kallus adlanan mantar toxuması ilə örtülməyə başlayır. Bu maddə sellüloz çəpərinə yavaş-yavaş yerləşərək onun güclənməsinə kömək edir. Bu toxuma vasitəsilə bitkidə su itkisinin qarşısı alınır, soyuq havadakı zərərli qazlar, bakteriya və göbələk kimi patogenlərdən də qorunur. Şübhəsiz ki, bu sistemi qüsursuz şəkildə bitkilərə yerləşdirən Rəhman və Rəhim olan, hər cür yaratmanı bilən Allahdır:

 

O, yaradan, yoxdan var edən, surət verən Allahdır. Ən gözəl adlar ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Həşrsurəsi, 24)