Neftin yaranması

...

Yer üzü 27 Sentyabr 2016 18:15


 

 

Ən Uca Rəbbinin adına təriflər de! "O Rəbbin ki, hər şeyi yaradıb kamilləşdirdi; O Rəbbin ki, hər şeyin müqəddəratını əzəldən müəyyən edərək yol göstərdi; O Rəbbin ki, otlağı cücərtdi, sonra da qaralmış samana çevirdi. (Əla surəsi, 1-5)

 

Məlumdur ki, neft dənizlərdə ölən heyvan və bitkilərin çürümüş qalıqlarından yaranır. Dəniz yatağında milyonlarla il çürüdükdən sonra bu qalıqlardan geriyə yalnızca yağlı maddələr qalır. Palçıq və böyük qaya suxurları altında qalan bu maddələr də neft və qaza çevrilir. Yaranan neft bəzən daş suxurlarının arasından süzülərək minlərlə kilometr dərinlikdən səthə qalxır və buxarlanır. Neftdən geriyə (qaz halına keçir) isə qətran qalır.

 

Əla surəsinin ilk 4 ayəsində neftin yaranma mərhələlərinə diqqət çəkilir. Əvvəla, otlaq, çöl, çəmən mənalarında işlənən “elmera” ifadəsi ilə ola bilər ki, neftin yaranmasında iştirak edən üzvi mənşəli maddələrə işarə edilir. Ayədə diqqət çəkilən ikinci kəlmə isə qaraya çalan yaşıl, yaşıla çalan qara və tünd rəngləri ifadə etmək üçün işlənən “ahva” kəlməsidir. Bu söz də yığılan bitki qalıqlarının bir müddət sonra qaralması kimi başa düşülə bilər. Çünki bu ifadələr üçüncü kəlmə olan “gusaen” ilə dəstəklənmişdir. Bəzi təfsirlərdə çör-çöp, zibil olaraq tərcümə olunan “gusaen” kəlməsi sel suyunun gətirdiyi və dərələrin kənarına yığdığı ot, çöp, yarpaq, köpük və s. kimi mənalarda işlənir. Bu  sözün həmçinin, “ qusmaq, qaytarmaq”  mənaları  da olduğu üçün mənbələrdə “sel qusuntusu” kimi tərcümə edilir. Torpağın nefti qusması kimi tərif edilə bilər. Çünki neftin yaranması, yer səthinə çıxması, köpüklü olması və rəngi nəzərə alındıqda ayələrdəki kəlmələrin hikməti daha da aydın olur.  Göründüyü kimi ayədə bildirilən bitkinin qara rəngli və duru bir mayeyə çevrilməsi neftin yaranması ilə üst-üstə düşür. Neftin necə yarandığı barədə heç bir məlumatın olmadığı dövrdə uzun illər boyu davam edən prosesin Quranda tərif edilməsi onun Allahın vəhyi olduğunun daha bir sübutudur.

 

Quran hər şeyi yoxdan var edən və elmi ilə bütün varlıqları ehtiva edən Uca Allahın sözüdür. Allah bir ayədə buyurmuşdur: "... Məgər onlar Quran barəsində düşünmürlərmi? Əgər o, Allahdan başqası tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar." ( Nisa surəsi, 82). Quranda verilən hər bilgi bu İlahi kitabın bilinməyən möcüzələrini aşkar edir. İnsan isə Allahın endirdiyi bu kitaba möhkəm sarılmalı və onu özünə yol göstərici olaraq qəbul etməlidir. Allah Quranda bizə bu həqiqəti belə bildirir:

 

"Bu Quran Allahdandır, Ondan başqası tərəfindən uydurula bilməz. Lakin o, özündən əvvəlkiləri təsdiqləyən və aləmlərin Rəbbi tərəfindən nazil edilmiş, içində də heç bir şəkk-şübhə olmayan kitabları müfəssəl izah edəndir."

 

"Yoxsa: “Muhəmməd onu özündən uydurdu!” – deyirlər. De: “Əgər doğru danışırsınızsa, ona bənzər bir surə də siz gətirin və Allahdan başqa, kimi bacarırsınızsa, köməyə çağırın!”  (Yunus surəsi, 37-38)