Monteverdedə bulud meşəsi

...

Bitkilər 15 Sentyabr 2016 02:21


Rəbbimiz bitkilərdə su ehtiyacını qarşılamaq üçün mükəmməl sistem yaradıb. Bildiyimiz kimi bitkilər kökləri vasitəsilə suyu topaqdan alır və ksilem boruları ilə gövdələrinə və yarpaqlarına çatdırırlar. Ancaq bəzi bitkilər yüksəkdə yerləşdiklərindən və daima buludların içində qaldıqlarından su ehtiyaclarını təkcə kökləri vasitəsilə yox, yarpaqları ilə də qarşılayırlar.

 

Alçaq düzənliklərdə yerləşən yağışlı meşələr su ehtiyaclarını hər gün yağan yağış vasitəsilə qarşılayırlar. Ancaq tropik iqlimli hündür dağlarda yerləşən meşələr su ehtiyaclarını havadakı nəmdən, yəni buludlardan qarşılayırlar. Şübhəsiz ki, bütün bunlar Rəbbimizin üstün elminin nəticəsidir.

 

Bulud meşələrinin dünyadakı ən gözəl nümunələrindən biri Kosta Rika dağlarında mövcuddur. Burada havanın çox vaxt dumanlı və nəmli olmasına baxmayaraq, torpaq olduqca qurudur. Bu səbəbdən ağaclar torpaqdan kifayət qədər su ala bilmir. Lakin buludların içində daim nəm olan yarpaq səthləri su ehtiyaclarını qarşılayırlar. Çünki Rəbbimiz bu bitkiləri suyun yarpaqlar tərəfindən sorulmasını, budaqlara, oradan da gövdəyə çatmasını təmin edəcək formada yaradıb. Allahın yaratdığı bu xüsusi sistem bir çox canlıya həyat bəxş edir. 600-1800 metr arası dəyişən bu meşədə 100-dən çox məməli, 400 quş növü, 120 amfibya, 2500 bitki və on minlərlə həşərat növləri yaşayır. Heç şübhəsiz, aləmlərin Rəbbi olan Allah bununla bizə Öz varlığının və üstün yaratmasının dəlillərini göstərir. Allah dilədiyi anda dilədiyini bənzərsiz olaraq yaradandır. Onun yaratmada heç bir şəriki yoxdur. Bu gerçək Quranda belə bildirilir:

 

“Budur Allah – sizin Rəbbiniz. Ondan başqa ilah yoxdur. Hər şeyin Yaradıcısı (Allahdır)! Elə isə Ona ibadət edin! O, hər şeyi Qoruyandır. Gözlər Onu dərk etmir. O isə gözləri dərk edir. O, Lətifdir, (hər şeydən) Xəbərdardır.” (Ənam surəsi, 102-103)