Molyuskların su püskürtmə sistemindən generatorlara…

...

Biomimetika 4 İyul 2016 01:01


 

Kalmar, mürəkkəb balığı və osminoq kimi başıayaqlı molyusklar su püskürtməyolu ilə üzürlər. Mühəndislər molyuskların bu xüsusiyyətindən ilhamlanaraq daha sürətli texnologiyalar yaratmağa çalışırlar.

 

Uca Allah başıayaqlı molyuskları istədikləri an sürətlərini artırmaları üçün xüsusi sistemlə yaradıb.Mühəndislərin heyranlıqla və diqqətlə tədqiq etdikləri bu sistem qüsursuz işləyir. Bu canlıların reaktiv üzməaparatı uca Allahın onlar üçün yaratdığı xüsusi bədən quruluşlarından qaynaqlanır. Bəs bu canlıların bədən quruluşu necədir?

 

Başıayaqlı molyuskların daxili orqanların yerləşdiyi bədən boşluğu mantiya adlı qalın dəri qatı iləəhatə olunub.Bu canlılar dərinin altında yerləşən əzələlərlə bədənlərinə su toplayır və sonra bu suyu təzyiqlə geri püskürərək üzürlər. Mantiya divarının içinə dolan suqıf formasında olan boru vasitəsilə püskürdülərək xaric edilir. Sistemin işləməsi eynilə kosmik gəmilərin istehsalındakı geriyə təkanvermə prinsipinə, başqa sözlə reaktiv hərəkətə bənzəyir.

 

 

Güclü mantiya əzələlərinin yığılması nəticəsində mantiya boşluğunda olan su sıxılaraq qıfdan xaricə püskürdülür ki, nəticədə alınan güclü itələmə qüvvəsi canlının sürətli hərəkətinə səbəb olur. Püskürtməyarığı vasitəsilə başıayaqlılar istədikləri vaxt geriyə doğru üzür, ani manevrlər edir və qövsvarı üzürlər.

 

Kolorado Universiteti Kosmik Mühəndislik fakültəsinindosenti Kamran Mohseni molyuskların suyun altında hərəkət etmək üçün istifadə etdiyi su püskürtmə sistemindən ilhamlanaraq yeni generatorlar icad edib. Bu generatorlar dənizaltı nəqliyyat vasitələrinin daha aşağı sürətlə daha həssas manevr etməsinə imkan verir.

 

Xüsusilə,çətin şəraitdə dəniz altında istifadə olunan nəqliyyat vasitələrinin təhlükəsiz manevr xüsusiyyəti olmalıdır. Bu mexanizmə malik insan daşıyan və daşımayan dənizaltı nəqliyyat vasitələri okeanın dibindəki vulkanlardan qütb bölgələrində buz yığınlarının dərinliklərinə qədər dünyanın hər yerindəki ekosistemlərin tədqiq olunmasına imkan verəcək. Hal-hazırda istifadə olunan vasitələrin hidrodinamik cəhətdən sürətləri azdır vəbu onların dar sahələrdə manevr etmələrini, bir bölgəyə yanaşmalarını və açıq sahələrdə asılı vəziyyətdə dayanmalarını çətinləşdirir. Həmçinin, bu vasitələrin sürətləri həddindən artıq azdır.

 

Allah bizə daim varlığının,qüdrətinin və üstün yaratma gücünün dəlillərini sonsuz elmi və ağlı ilə göstərir. Allah bir ayədə belə buyurur:

 

Göylərdə və yerdə nə varsa, Onundur. Həqiqətən, Allah ehtiyacsızdır, şükürə, tərifə layiqdir! (Həcc surəsi, 64)