Mədədəki sızdırmayan qapaq mexanizmi

...

İnsan bədəni 15 Sentyabr 2016 02:52


 

Sağlam insan yemək yeyərkən hər loxma qida borusu vasitəsilə mədəyə ötürülür, lakin mədə möhtəviyyatı qida borusuna doğru qalxmır. Bunu təmin edən mexanizm “mədə qapağı” adlanır. Mədədəki qidaların sızmasına mane olan xüsusi mexaniki və anatomik xüsusiyyətləri sadalayaq:

 

Ø    Döş qəfəsi ilə qarın boşluğu arasını tamamilə örtən diafraqma əzələsinin qida borusunu möhkəm əhatə etməsi
Ø    Qida borusunun aşağı hissəsi ilə mədənin birləşmə yerindəki dar bucaq: “HİS” bucağı adlanan bu hissə mədə möhtəviyyatının geri qayıtmasının qarşısını alır. 
Ø    Qida borusunun aşağı hissəsindəki əzələ mexanizmi: “LES” adlanan alt qida borusu büzücüsü adi halda həmişə sıxılmış vəziyyətdə olur. Qida ağızdan qida borusuna düşdükdə öz-özünə genişlənir. 

 

Normal vəziyyətdə qapaq vəzifəsi yerinə yetirən bu mexanizm udma əsnasında açılaraq qidanın mədəyə daxil olmasına icazə verir. Sonra bağlanaraq qidanın geri qayıtmasının qarşısını alır. Normal fəaliyyət göstərmədikdə (gərgin və ya uzun müddət elastik qaldıqda) mədə möhtəviyyatı və turşular qida borusuna qayıdır. Bu da “reflüks” xəstəliyinin yaranmasına səbəb olur.