
Olimpiada yarışlarında yarışçılar üçün suyun bədənlərinə sürtünmə qüvvəsi olduqca əhəmiyyətlidir. Bu səbəbdən bir çox üzgüçü sürtünməni ən aşağı səviyyəyə endirən yeni çimərlik geyimlərinə üstünlük verir. Bu çimərlik geyimləriüzgüçünün bədəninəçox sıx yapışır. Geyimin parçasışaquli qatran zolaqlar üzərində köpək balığı dərisinin xüsusiyyətlərini daşıyan işləmələrdən ibarətdir.
Köpək balıqlarıüzərində elektron mikroskopu ilə aparılan tədqiqatlarda balığın dərisində zolaqlar olduğu müşahidə edilmişdir. Zolaqlar şaquli su girdabları, yaxud spirallar əmələ gətirərək suyu balığın bədəninə daha çox yapışdırır və müqavimətini azaldır. Zolaqların bu təsiri “Riblet təsiri” adlanır və bu mövzu ilə bağlı NASA-nın Lenqli Tədqiqat Mərkəzində Riblet dəri tədqiqatları aparılır. Son on ildir ki, Riblet təsiri çimərlik geyimlərinə tətbiq edilir.
Yeni liflər və yeni toxuma texnikaları ilə hazırlanan çimərlik geyimləriüzgüçünün bədənini örtərək suya ən az müqavimət göstərəcək şəkildə hazırlanır. Tədqiqatlar bu geyimlərin digərlərinə nisbətən sürtünməni 8% azaltdığını göstərib.