
Kompüter proqramçıları bal arılarından nümunə götürür
İnternetdə sıxlığın getdikcə artması bəzi problemlərin yaranmasına səbəb olur. İstifadəçilərin davranışları bəzən gözləniləndən fərqli olur. Bu vəziyyətin yaratdığı tıxac onlayn xidmət göstərən serverlər üzərində ani yüklənmələr yaradır. (Server: Şəbəkənin resurlarını idarə edən və istifadəçi kompüterlərə xidmət edən kompüter) Oksford Universiteti və Georgia Texnologiya İnstitutunun mütəxəssisləri məhz bu cür yüklənmələri tənzimləyən texnologiyaları təkmilləşdirmək üçün tədqiqat aparırlar. Tədqiqatçılar tıxacı əsaslı şəkildə tənzimləyən bir birliyi nümunə götürürlər. İnternet serverlərini tıxacın ən yüksək olduğu anlarda yüngülləşdirmək üçün bal arısı koloniyalarının davranışlarını nümunə götürürlər.
İnternetdə həyata keçirilən alqı-satqılarda satıcıların və ya hərraclarda müştərilərin birdən-birə yığılması server firmalar üçün böyük çətinlik yaradır. Onlar mənfəəti maksimuma yüksəltmək üçün bağlı olduqları kompüterlərə hər an nəzarət edib sürətlə dəyişən tələb səviyyələrinə uyğunlaşmalıdırlar. Ancaq kompüterə bir anda yalnız bircə şəbəkə proqramının yüklənməsi bəzi maneələr yaradır. Bu tətbiqləri tez-tez dəyişdirmək, kompüterin özünü yenidən nizamlaması üçün lazım olan 5-7 dəqiqəlik fasilə, yəni zərər yaradır.
Arıların işində də buna bənzər bir problem nəzərə çarpır. Çiçək qruplarının keyfiyyətləri dəyişkən olur. Buna görə də nektar toplanmasını maksimuma çatdırmağa çalışan koloniyadan hər çiçək qrupuna neçə arı göndəriləcəyi, bu arıların orada nə qədər vaxt keçirəcəkləri kimi qərarların verilməsinin problem yaratdığı düşünülə bilər. Ancaq arıların olduqca məhsuldar iş sistemi sayəsində belə bir problem yaşanmır, hətta asanlıqla həll edilir.
Pətəkdəki arıların 1/5-i nektar toplamaq vəzifəsini yerinə yetirir. Onların vəzifəsi çiçək qrupları ilə pətək arasında gedib-gəlmək və bacardıqları qədər çox miqdarda nektar yığmaqdır. Onlar pətəyə döndükləri zaman pətəyin keşiyini çəkən və nektarları toplayan arılardan birinə topladıqlarını həvalə edirlər. Nektarı götürən arılar da bunları pətəyin gözlərinə yaxşıca yerləşdirirlər. Nektar daşıyan arı yoldaşlarının baş çəkdiyi çiçək qruplarının özünün tapdığı çiçək qrupuna nisbətən nə qədər məhsuldar olduğunu anlamaq üçün pətəkdəki yoldaşlarından faydalanır.
Arı pətəyə gəldikdə yükünü həvalə edəcəyi, məşğul olmayan bir arı tapmaq üçün keçən müddətə nəzər salır. Əgər gözləmə müddəti uzun olarsa, onda nektar toplayan arı bunu öz çiçək qrupunun yüksək keyfiyyətli olmadığını, digər arıların isə uğurlu axtarış həyata keçirdiyi kimi qəbul edir. Əgər nektarını ondan alan çox sayda arı ilə qarşılaşsa, topladığının yaxşı keyfiyyətdə olmasına ehtimal verir.
Göründüyü kimi, bu məlumatdan istifadə edən arı çiçək qrupunun zəhmətə dəyib-dəymədiyinə qərar verir. Əgər zəhmətə dəyərsə, digərlərinin onu izləməsi üçün öz məşhur rəqsini edir. Bu rəqsin uzunluğu bir çiçək qrupunun nə qədər sərfəli ola biləcəyinə işarə edir.
Oksford Universitetindən Sunil Nakrani ilə ABŞ-ın Atlanta şəhərindəki Georgia Texnologiya İnstitutundan Kreyq Tovey (Craig Tovey) arıların strategiyasını internet serverlərinə uyğunlaşdırırlar. Bu uyğunlaşdırmada hər bir server nektar toplayan arı, müştəri isə çiçək qrupu rolunu oynayır. Dr. Nakrani və dr. Tovey internet serverləri "pətəkləri" üçün "bal arısı" alqoritmini inkişaf etdirirlər. (Alqoritm: kompüter proqramı tətbiqlərində istifadə edilən məsələlərin mərhələli həlli)
Bir server arıların rəqslə həyata keçirdiyi işi reklam hazırlayaraq və reklamı “pətək”dəki digər serverlərə göndərərək edir. Bu reklamın müddəti o serverin müştərilərinin vacibliyini və mənfəətini özündə əks etdirir. Digər serverlər reklamı oxuyub arı rəqsindəki təlimatları izləyən işçi arılar kimi davranır: Reklamı və öz təcrübələrini qiymətləndirməyə əlavə edərək o an xidmət etdikləri müştərilərdən reklamı göndərən serverin xidmət etdiyi müştərilərinə keçib-keçməmək barəsində qərar verirlər.
Dr. Nakrani və Dr. Tovey təkmilləşdirdikləri bal arısı alqoritmi ilə əksər internet provayder (internet host providers) tərəfindən hazırda istifadə edilən və “acgöz” alqoritm adlandırılan alqoritmini müqayisə etmişlər. Acgöz alqoritm geriyə dövr edir, zamanı bərabər hissələrə bölür və əvvəlki hissədə ən sərfəli tənzimləmənin nə olduğunu təsbit edir və ona uyğun olaraq yeni hissədə serverləri müştərilərə təqdim edir. Tıxacın dəyişkən olduğu anlarda bal arısı alqoritminin acgöz alqoritmdən 20% daha uğurlu olduğu məlum olmuşdur. Bəlkə də yaxın zamanlarda bal arısı loqarifmi ilə çalışan serverlər yayılacaq və o zaman internetdə “interkoloniya” terminindən istifadə ediləcək.
Alimlər tərəfindən həyata keçirilən bu tədqiqatda təbiətdə nə qədər məntiqli həll yollarının olduğu ortaya çıxır.
İnternet serverlərindəki problemlə arı koloniyasında olan problem bir-birinin eynisidir. Belə ki, bal arısı koloniyası modelinin uyğunlaşdırılması ilə həyata keçirilən tədqiqatda əldə edilən uğur bunun göstəricisidir. Bəs arıların kompüter proqramçılarına göstərdiyi həll yolunun qaynağı haradan gəlir? Kompüter proqramçıları arı davranışlarını nümunə götürdükləri halda arıların belə bir fürsəti yoxdur.
Çünki kompüter proqramçılarının arıları təqlid etməsi düşüncə tələb edən, şüurlu bir prosesin məhsuludur. Arıların isə düşünmə qabiliyyəti yoxdur. Problemin həll edilməsi üçün əvvəlcə problemin fərqində olmaq, problemi yaradan amilləri analiz etmək, bunların problemin bütününə və bir-birlərinə təsirini düşünüb ortaya çıxarmaq və alternativ tətbiqlər üzərində qərar verərək problemə müdaxilə etmək lazımdır.
Əlbəttə ki, təxminən 20.000 ilə 50.000 sayda olan bir arı koloniyasında bu cür həll etmə müddəti gerçəkləşə bilməz.
Bu qədər çox sayda canlının ortaq bir qərar vermiş kimi ən məhsuldar nektar toplanması strategiyası ilə enerjiyə qənaət etməsinin yeganə izahı var. Arı koloniyasındakı məsələlərin həll edilməsi üstün ağıl sahibi olan Yaradıcının əsəridir. Şübhəsiz ki, arı koloniyasını yaradan və onları bir araya toplayan göylərin, yerin və onlar arasındakı hər şeyin Yaradıcısı olan Uca Allahdır. Arı koloniyasındakı strategiya da Allahın arılara vəhy etməsinin nəticəsidir. Allah bunu Nəhl surəsində belə bildirir:
Rəbbin bal arısına belə təlqin etdi: “Dağlarda, ağaclarda və (insanların) düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin (səndən ötrü) asanlaşdırdığı yollarla get”. (O arıların) qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır. (Nəhl surəsi, 68-69)
1. Bu yazıdakı təfəkkürlər elmi yazar Keyt Ravilyusun (Kate Ravilious) “The Economist” jurnalında nəşr olunan məqaləsindən götürülmüşdür.
2. İstinad: Kate Ravilious, “Honey bees and internet optimisation,” The Economist, 15 Nisan 2004
3. “The Internest” The Economist, 17 Nisan 2004