İnsan bədəni təkamülçülərin təsadüf iddialarını təkzib edir

...

İnsan bədəni 15 Sentyabr 2016 02:56


 

İnsan bədəninin heç bir hissəsində təsadüflərə yer yoxdur. Çünki milyonlarla hissənin eyni anda, nöqsansız və əskiksiz var olması, hər birinin yorulmadan və fasiləsiz 60-70 il mükəmməl nizamla işləməsi təsadüflərlə izah edilə bilməz.

 

Hər orqan özbaşına hərəkət etsə, onlara gələn əmirləri gecikdirsə və ya təsadüfi reaksiya göstərsə, istədiyi zaman böyüsə və ya işləsə, yaranan qarışıqlıq mühitində bir an belə yaşaya bilməzdik. Hətta bu cür qarışıqlığın meydana gəlməsi üçün yalnız qısa müddətlik gecikmə və ya bir neçə hüceyrədə yaranan qüsür kifayət edir. Təsadüf iddiasını irəli sürən təkamülçülər də qarşılaşdıqları bu mükəmməl sistemlər qarşısında təəccüblərini gizlədə bilmirlər. Bu orqan və sistemlərin lazımi yer, forma və funksiyalarla bədənimizdə necə yerləşdiyi ilə bağlı suallar qarşısında çarəsiz qalırlar. Halbuki cavab açıq-aşkardır: Bütün bunları qüsursuz şəkildə yaradan aləmlərin yaradıcısı uca Allahdır.

 

Hansı ki yaratdığı hər şeyi gözəl biçimdə yaratmış, insanı ilk olaraq palçıqdan xəlq etmiş, sonra onun nəslini bir damla dəyərsiz sudan əmələ gətirmiş, sonra onu düzəldib, müəyyən şəklə salmış və ona Öz ruhundan üfürmüş, sizə qulaqlar, gözlər və ürək vermişdir. Siz necə də az şükür edirsiniz. (Səcdə surəsi, 7-9)