Göy cisimlərinin bir-birlərinə olan uzaqlıqlarındakı möcüzə

...

Kainat 9 Fevral 2017 14:53


Göy cisimlərinin kosmosda yerləşməsi və aralarındakı nəhəng məsafələr Yerdə canlı həyatın mövcud olması üçün zəruridir. Göy cisimləri arasındakı məsafələr Yerdəki həyatı dəstəkləyəcək şəkildə bir çox universal qüvvə ilə uyğun hesabla nizamlanmışdır. Bu məsafələr planetlərin orbitlərinə, hətta planetlərin özünə birbaşa təsir edir. Bu məsafələr daha az olsaydı, ulduzlar arasındakı cazibə qüvvəsi planetlərin orbitlərini qeyri-sabit edərdi. Bu qeyri-sabitlik isə planetlərdə kritik temperatur dəyişikliklərinə səbəb olardı. Əgər məsafələr bir az çox olsaydı, supernovalarla kosmosa atılan ağır elementlər az yayılar və Yer kimi dağlıq planetlər əmələ gəlməzdi. Ulduzlar arasında hazırkı məsafələr Yer kimi planet sisteminin mövcud olması üçün ən ideal ölçüdədir.

 

Məşhur biokimya professoru Maykl Denton da “Təbiətin taleyi” adlı kitabında belə yazır:

 

“İfrat yeni ulduzlar və əslində, bütün ulduzlar arasındakı məsafələr kritik ölçüdədir. Qalaktikamızda ulduzların bir-birlərindən orta məsafəsi 30 milyon mildir. Əgər bu məsafə daha az olsaydı, planetlərin orbitləri qeyri-sabit olardı. Əgər bir az artıq olsaydı, ifrat yeni ulduzun yaydığı maddə o qədər dağınıq olardı ki, bizimkinə bənzər planet sistemləri böyük ehtimalla əsla əmələ gəlməzdi. Əgər kainat həyat üçün uyğun məkan olacaqsa, ifrat yeni ulduz partlayışları müəyyən miqdarda baş verməli və bu partlayışlarla digər bütün ulduzlar arasındakı məsafə müəyyən ölçüdə olmalıdır. Bu məsafə hal-hazırda mövcud olan məsafədir”. (Michael Denton, Nature's Destiny, səh. 11.)

 

Prof. Corc Qrinşteyn də bu ağlasığmaz böyüklüklə əlaqədar Simbiyotik Kainat (The Symbiotic Universe) adlı kitabında belə yazır:

 

Əgər ulduzlar bir-birlərinə bir az daha yaxın olsalardı, astrofizika çox da fərqli olmazdı. Ulduzlarda, nebulalarda və digər göy cisimlərindəki əsas fiziki qanunlarda heç bir dəyişiklik olmazdı. Uzaq bir nöqtədən baxıldıqda, qalaktikamızın görünüşü də indiki ilə eyni olardı. Tək fərq gecə çəmən üzərinə uzanıb izlədiyim səmada daha çox ulduzun olması olardı. Amma bir fərq daha olardı: Bu mənzərəni seyr edən “mən” olmazdım... Kosmosdakı bu nəhəng boşluq bizim varlığımızın əsas şərtidir. (George Greenstein, The Symbiotic Universe. New York: William Morrow, 1988, s. 21 4) 5)

 

Qrinşteyn bunun səbəbini də açıqlayır. Kosmosdakı böyük boşluqlar bəzi fiziki dəyişkənlərin məhz insan həyatına uyğun formalaşmasını təmin edir. Bundan əlavə, Yerin kosmik fəzada hərəkət edən nəhəng göy cisimləri ilə toqquşmasının qarşısını alan amil də göy cisimləri arasındakı böyük boşluqlardır.

 

Qısacası, kainatdakı göy cisimləri arasındakı məsafələr insan həyatı üçün məhz lazımi ölçüdədir. Nəhəng boşluqlar təsadüfən ortaya çıxmayıb, üstün və bənzərsiz yaradılışın nəticəsidir. (www.imanhakikatleri.com)

 

Sonsuz hikmət sahibi olan Allah Quranda göylərin və yerin bir məqsədlə yaradıldığını bir çox ayədə bildirmişdir:

 

Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq yaratdıq. O Saat mütləq gələcəkdir. Odur ki, Sən (onları) gözəl tərzdə bağışla.(Hicr surəsi, 85)
Biz göyləri, yeri və onların arasında olanları oyun-oyuncaq (əyləncə) yaratmadıq! Biz onları yalnız haqq olaraq yaratdıq, lakin onların (Məkkə müşriklərinin) əksəriyyəti (bunu) bilməz!(Duxan surəsi, 38-39)