
Boyu 2 metrə çatan bu balığın gövdəsinin üçdə ikisi elektrik hazırlayan üzvi lövhələrlə örtülüdür. Balıq sayı 5000-6000 olan bu lövhələr sayəsində 550 volt, 2 amperlik elektrik hasil edir. Balıqdan yayılan elektrikin şok təsiri ondan 2 m. məsafədəki canlıları belə öldürür. Balığın bu qədər güclü enerjiyə malik olması, həqiqətən, böyük yaradılış möcüzəsidir. Sistem çox mürəkkəbdir və mərhələ-mərhələəmələ gəlməsi qeyri-mümkündür. Çünki balığın elektrik sistemi tam işləməsə, ona heç bir fayda verməz.
Başqa sözlə, bu sistemin hər hissəsi eyni anda qüsursuz şəkildə yaradılıb. Elm adamları elektrikli ilan balığının müdafiə mexanizmini təqlid edirlər və bu sayədə dövrümüzdə balığın müdafiə mexanizminə bənzər elektrikli silahlar istifadə edilir.
Elektrik impulslarından bir cismin yerini müəyyənləşdirmək və yaxud rabitə məqsədilə istifadə edilir. Ancaq bunun üçün elmi təcrübə və qabaqcıl texnologiya tələb olunur. Dövrümüzdə bu səviyyəyəçatmışölkələr azdır. Halbuki bəzi elektrikli balıqların orqanizmindəətrafa müntəzəm olaraq elektrik impulsları yayan və göndərdiyi impulslara dəyən cisimləri tanıyanüzvi radar var. Balıq bu radar vasitəsiləətrafındakı cisimlərin ölçüsü, keçiriciliyi və hərəkəti haqqında məlumat əldə edir. Bundan əlavə, eyni sistemlə qarşısındakı başqa elektrikli balığın cinsiyyəti və yaşı haqqında məlumat alır və ya onu qorxudur. İnsanların istifadə etdiyi radarların və rabitə sistemlərinin nə qədər kompleks cihazlar olduğunu nəzərə alsaq, balığın orqanizmindəki möcüzəvi yaradılışı daha yaxşı qavrayarıq.
Unutmaq olmaz ki, təbiətdəki mükəmməl yaradılış xüsusiyyətləri Rəbbimizin bizə verdiyi çox böyük nemətlərdir. Bu yaradılış xüsusiyyətlərini təqlid etmək və nümunə götürmək isə insanı daima doğruya yönəldir. Elm dünyası təbiətdəki yaradılış xüsusiyyətlərinin çox əhəmiyyətli olduğunu və gündəlik həyata tətbiq edilməsinin faydasını son bir neçə ildə anlayıb. Şübhəsiz ki, bundan doğru istifadə etmək və texnologiyaya tətbiq etmək inkişafı sürətləndirər.
Bu bənzərsiz və mükəmməl yaradılışa bir çox Quran ayəsində diqqət çəkilir. Allah bənzərsiz yaratmasının nəticəsi olaraq insanlara verdiyi nemətlərin saysız-hesabsız olduğunu bir ayədə belə bildirir:
Əgər Allahın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah bağışlayandır, rəhmlidir. (Nəhl surəsi, 18)