Çəhrayı meyvəli banan (çəhrayı cücə)

...

Bitkilər 15 Sentyabr 2016 02:34


 


Şimali və Şərqi Hindistanda geniş yayılan 120 sm-lik banan növü Allahın rəng sənətinin mükəmməl nümunələrindəndir. Çəhrayı, narıncı çiçəklərə, narıncıya çalan yarpaq saplarına və çəhrayı rəngli kiçik meyvələrə sahibdir. Minerallarla  zəngin olan torpaqlarda bol günəş və ya yarı kölgədə yetişdirilən bu bitkinin sahib olduğu ən əhəmiyyətli xüsusiyyəti soyuğa çox dözümlü olmasıdır. Qışın soyuğundan gövdəsi qurusa da, kökləri -10 dərəcə şaxtaya dözür. Hər şeyi ən incə detalına qədər planlayan Allah bu bitkini də olduğu mühitə uyğun şəkildə yaradıb. Allah hər şeyin hakimidir. Bütün kainatda baş verən hər şeydən xəbərdardır. Allah bir ayəsində bu gerçəyi belə bildirir:
“O, göydən yerə qədər olan bütün işləri idarə edir....” (Səcdə surəsi, 5)

 


İnsanların müəyyən texniki imkanlara sahib olmadan yaşaya bilmədiyi təhlükəli coğrafi şəraitdə yaşamağı bacaran bəzi bitkilər estetik görünüşləri, müdafiə sistemləri və çətin şəraitə qarşı aldıqları tədbirlərlə alimləri heyrətləndirirlər. Yetişdikləri torpaqdakı suyun, istiliyin və mineralların yetərli olmamasına baxmayaraq, həyatda qalan bu möcüzəvi canlılar uca Allahın üstün ağlının və yaratma sənətinin əsərləridir.