Bitkilərdəki müdafiə strategiyaları

...

Bitkilər 4 İyul 2016 00:25


 

Bitkilər də özlərini düşmənlərindən qorumaq məcburiyyətindədirlər. Hər bitkinin fərqli müdafiə etmə strategiyası var. Məsələn, bəzi bitkilər parazitlərə və böcəklərə qarşı müxtəlif mayelər ifraz edərək düşmənləri ilə mübarizə aparır və özlərini qoruyurlar.

Bəzi bitkilər müdafiə taktikası olaraq zəhərli maddələr ifraz edirlər

Göbələk və xiyarların zəhərli ucları vardır və bunları hücum anında hərəkətə keçirirlər. Bu müdafiə taktikasının digər bir nümunəsi də çinar ağaclarında mövcuddur. Çinar ağacı yarpaqlarından ifraz etdiyi xüsusi suyun köməyi ilə gövdəsinin altındakı torpağı zəhərləyir, bundan sonra torpağın üstündə kiçik ot belə yetişə bilmir. Tərkibində bu cür zəhərli bir maddə olmasına baxmayaraq, çinar ağacı bundan hər hansı bir zərər görmür.

Bitkilərin müdafiə etmə taktikaları çox inkişaf edib

Qarğıdalı və paxla bitkiləri isə düşmənlərindən qorunmaq üçün eşşək arılarından əsgər kimi istifadə edir. Yarpaqlarına tırtıl dadandığı zaman xüsusi kimyəvi maye ifraz edən bu bitkilər eşşək arılarını olduqları yerə toplayırlar. Eşşək arıları da sürfələrini bitkiyə hücum etmiş tırtılların üstünə qoyurlar. Böyüyən eşşək arısı sürfələri tırtılların ölümünə səbəb olur, beləliklə, bitki xilas olur. Bitkilərin bəziləri isə oleol kimyəvi birləşmələrinə sahibdirlər. Bunlar böcək və heyvanlar üçün bəzən cəlbedici, bəzən qorxunc, bəzən allergiya verən, bəzən də öldürücü təsir göstərir.

Orta və Cənub Amerikada yetişən üzüm bitkisi qara və yaşıl tırtıllar, qırmızı kəpənəklər üçün ideal və cazibədar yemək növüdür. Belə ki, böcəklər yumurtalarını balalarının bu ləzzətli qida ilə bəslənmələri üçün üzüm bitkisinin yarpaqları üzərinə buraxırlar. Ancaq burada çox vacib bir məqam var. Bu kəpənəklər yumurtalarını qoymazdan əvvəl üzümün yarpaqlarını yaxşıca yoxlayırlar. Əgər başqa bir heyvan yumurtalarını yerləşdirmişsə, eyni bitkinin yarpaqlarından birdən çox ailənin fərdlərinin bəslənməsi çətin olacağı üçün oranı seçmir və başqa yarpaq axtarırlar.

Böcəklərin bu seçimi bitki üçün olduqca əlverişlidir, çünki üzüm bitkisi hücumdan qorunmaq üçün böcəklərin bu seçimindən faydalanır. Üzüm bitkisinin bəzi növlərinin yarpaqlarının üst hissələrinə yaşıl fırlar əmələ gəlir. Bəzi növlərində isə yarpağın altında budaq ilə birləşmə yeri üzərində kəpənəklərin yumurtalarına oxşar rəngdə ləkələr meydana gəlir. Bunu görən tırtıl və kəpənəklər başqa böcəklərin özlərindən əvvəl bu yarpaqların üzərinə yumurta qoyduqlarını zənn edərək bitkinin üzərinə yumurta qoymaqdan imtina edir və özlərinə yeni yarpaqlar axtarmağa başlayırlar.

Hər şeyi ən incə detalları ilə yaradan Allah yer üzərindəki bütün bitkiləri bütün ehtiyacları ilə birlikdə yaratmışdır. Bitkilərin burada bir neçə nümunə ilə bəhs etdiyimiz müdafiə sistemləri Allahın bu canlılara bəxş etdiyi xüsusiyyətlərdir. Allah hər şeyin Hakimidir. Hər şeydən xəbərdardır. Rəbbimiz bir ayədə bu gerçəyi belə bidirir:

"O, göydən yerə qədər olan bütün işləri idarə edir.." (Səcdə surəsi, 5)

Rəbbimizin yaratmasında heç bir ziddiyyət və uyğunsuzluq yoxdur

Hər canlı özünü müdafiə etmək üçün müxtəlif xüsusiyyətlətlə birlikdə yaradılmışdır. Bəziləri sürətli və çevikdir, qaçaraq xilas olur. Bir qismi yerindən tərpənə bilmir, amma möhkəm zirehlərlə qorunur. Bəziləri isə zəhərli, yandırıcı və ya pis qoxulu qazlar ötürür. Bəzi canlılar isə ölü təqlidi edə biləcək və ya kamuflyaj ola biləcək xüsusiyyətlərdə yaradılmışdır. Amma unutmayaq ki, bu sayılanlar minlərlə xüsusiyyətlərdən bəziləridir və hələ insanların kəşf edə bilmədiyi minlərlə maraqlı nümunələr də vardır. Bütün bu sistemlər Allahın yaratdığı kainatda heç bir ziddiyyət və uyğunsuzluq olmadığını və Onun sonsuz güc, ağıl və elm Sahibi olduğunu göstərir. Allah bu gerçəyi Quranda belə xəbər verir:

"...Sən Mərhəmətli (Allahın) yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb (göyə) diqqət yetir, heç onda bir çat görürsənmi? Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir."(Mülk surəsi, 3-4)

Canlıların müdafiə metodlarını onlara öyrədən, ağıllı davranmalarını, şüurlu hərəkət etmələrini ilham edən uca Allahdır. Allah ağlın tək sahibidir. Canlılara nələri etməli olduqlarını ilham edən də Allahdır. Heç bir canlının davranışlarını təsadüflərlə və ya digər qəribə məfhumlarla açıqlamaq mümkün deyil. Bu cür bir iddia etmək insanları aldatmaqdan başqa bir şey deyil. Allah bunu bir ayədə bizə belə bildirir:

"De: “Allahdan başqa yalvardığınız şəriklər haqda düşündünüzmü? Bir mənə göstərin görüm, onlar yer üzündə nəyi yaradıblar? Yoxsa onların göylərin yaradılmasında şərikliyi var?” Yaxud onlara bir kitab vermişik, onlar da ondakı dəlilə istinad edirlər? Xeyr! Zalımlar bir-birinə ancaq yalan vəd verirlər." (Fatir surəsi, 40)