Bioloji mina axtaranlar: bal arıları

...

Biomimetika 15 Sentyabr 2016 02:09


Bal arılarının həssas iybilmə qabiliyyətlərindən mina axtarışında istifadə olunur.

 

BMT-nin məlumatına əsasən, dünyada təxminən 110 milyon partlamamış mina vard. Bu da hər il 26.000 insanın ölümünə və ya şikəst qalmasına səbəb olur (1). Minaları zərərsizləşdirmək üçün ilk növbədə onların yeri müəyyənləşdirmək lazımdır. Bu təhlükəli iş üçün isə alimlər bizə maraqlı namizəd təklif edir: bal arıları…

 

Montana Universitetinin tədqiqatçıları qurudakı minalarının yerinin müəyyənləşdirilmək üçün bu möcüzəvi böcəkləri təbii robotlar kimi hazırlayırlar. Açıq ərazidə çiçək tozu axtaran bu canlılar mükəmməl iybilmə qabiliyyətinə malikdirlər. Jerry Bromenshenk arıların hətta itlərin hiss etmədiyi iyləri hiss edə bildiklərini deyir: “Əgər bu mümkündürsə, bu canlılar da ən az itlər qədər bacarıqlı olacaqlar” (2). İki illik təlim nəticəsində arılar həqiqi mina kimi iyi olan süni minaların yerini asanlıqla tapırlar.  Tədqiqatçılardan Colin Henderson arıların müəyyən bir qoxunu izləmələri üçün təlim keçir.

 

2 ildən sonra Henderson həşəratların təyin edilmiş iyi mükəmmələ yaxın izlədiklərini, artıq əsil minaları axtarmağa hazır olduqlarını vurğulayır.

 

Arıların iybilmə qabiliyyəti

 

Arının iybilmə orqanı bığcıqlarının üzərində yerləşir. Bığcıqların daxilində beyindən gələn qoxu sinirləri uzanır. Ancaq bu sinirlər qoxununun mənbəyi ilə birbaşa təmasda olmur. Çünki həşəratların bədəni, bığcıqlar da daxil olmaqla, qabıqla örtülmüşdür.

 

Arı bığcıqlarına mikroskop altında baxdıqda üzərində çoxlu dəlik olduğunu görürük. Beyindən gələn qoxu sinirləri bu dəliklərin içində sona çatır. Dəliklərin üzəri xüsusi pərdə ilə örtülmüşdür. Sinir uclarını qoruyan bu pərdə qoxu keçirici quruluşdadır. Bu dəliklərin arası incə tüklərlə örtülmüşdür. Bunlar arının duyğu tükləri hesab olunur (3).

 

Şübhəsiz, bu sistemi əmələ gətirən hissələrin hər biri xüsusi səbəblərlə yaradılmışdır. Bığcıqlar, qoxu sinirləri və pərdə təkamül nəticəsində meydana gələ bilməz. Çünki onlardan biri olmasa, sistem yararsız olar və təkamül fərziyyəsinin öz məntiqinə görə əsla seçilməz.

 

Arıların mina axtarma bacarıqları təkcəiybilmə  sistemi ilə məhdudlaşmır. Arıların minalı əraziyə göndərilməsi, plana uyğun uçmaları da bu canlılardakı möcüzəvi xəbərləşmə sistemi ilə əlaqədardır. Arılar çiçək tozu mənbəyini pətəkdəki arılara möcüzəvi bir rəqslə başa salırlar. Bunu çiçək tozunun mənbəyini günəş işığının düşmə bucağına uyğun şəkildə hesablayaraq edirlər. Beləliklə, qida axtaran arılar çiçək tozcuğunu asanlıqla  tapırlar. Bütün bu davranışlar çox incə həndəsi hesablamalara əsaslanır. Halbuki bu şüursuz canlıların bəhs etdiyimiz hesablamaları etməsi qeyri-mümkündür. Arılardakı möhtəşəm uçuş və istiqamət müəyyənləşdirmə qabiliyyətinin üstün Ağıl tərəfindən ilham edildiyiməlum olur. Hər şeyin Yaradıcısı olan uca Allah bu canlılara nə edəcəklərini vəhy etmişdir:

 

“Rəbbin bal arısına belə təlqin etdi: “Dağlarda, ağaclarda və (insanların) düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin (səndən ötrü) asanlaşdırdığı yollarla get”. (O arıların) qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır.” (Nəhl surəsi, 68-69)

 

Mənbə:

1- CBS news.com, Mine-Sniffing Honeybees, 25 setyabr 2002: http://www.cbsnews.com/stories/2002/09/24/tech/main523141.shtml

2- msnbc.com, Bomb-sniffing bees generate scientific buzz, 25 Sentyabr 2002: http://www.msnbc.com/news/812909.asp

3- Prof. Karl von Frisch, Arıların Hayatı, s.117-119