Bədənimizin saç telindən də incə əlaqə vasitəsi: kapilyarlar

...

İnsan bədəni 29 İyun 2016 23:52


 

Yüz trilyon evi geniş sahəyə yerləşdirdiyinizi və onların arasına da su təchizatı döşədiyinizi düşünün. Şübhəsiz, bu çox əziyyətli və çətin olar. Amma yenə də bunu etdiyimizi düşünək. Ərsəyə gətirdiyimiz bu qurğu üçün çox geniş sahəyə ehtiyac olacaq. Bəs buna bənzər təsisatı insan bədəninə yerləşdirə bilərsiniz? Ya da belə deyək, təxminən 100000 km-lik (96600 km) bir şəbəkəni şəkildən-şəkilə salaraq insanın bədəninə yerləşəcək qədər ölçülüb-biçilmiş, 100 trilyon hüceyrənin hər birinə çata biləcək qədər geniş şəkildə döşəyə bilərsiniz? Bunu heç vaxt edə bilməzsiniz. Sizin yerləşdirməyi bacarmadığınız bu qan dövranı sizin bədəninizdə hazır şəkildə mövcuddur. Hələ siz dünyaya gəlməzdən əvvəl sizin üçün yaradılıb və bütün hüceyrələrinizə həyat verib.

Yaşadığınız mənzilin sahəsini düşünün. Əgər bina evində yaşayırsınızsa, evinizin sahəsi təxminən 150 m2 olacaq. Bədəninizdəki təxminən 10 milyard kapilyarın ümumi sahəsi isə evinizin 3,5 qatı, yəni təxminən 500 m2-dır. Müqayisə etməzdən əvvəl bunu xatırladaq ki, kapilyarların ən böyüyünün diametri 9 mikrondur. (9 mikron millimetrin mində 9-udur) Hətta elə kapilyarlar var ki, ancaq mikroskobla görünür. Bədənin hər nöqtəsinə gedə biləcək şəkildə yerləşdirilən bu geniş şəbəkə möhtəşəm yaradılışın nümunələrindəndir. Belə tədqiqatlar uca Allahın böyüklüyünü insana xatırladır.

Bir orqana daxil olan arterial damar kapilyarların  klapanlarını əmələ gətirən arteriala çevrilənə qədər 6, yaxud da 8 dəfə şaxələnərək nazikləşir. Sonra arterial da 2-3 dəfə şaxələnərək diametri 9 mikrona qədər azalır və yola kapilyar kimi davam edir. Bəzi kapilyarlar elə kiçikdir ki, böyük hüceyrələr ordan keçə bilmir. Ağ qan hüceyrələri də bu cür damarların içindən tək cərgə şəklində, ya da formasını dəyişdirib keçir.

Arterial damarlardan saatda 1,5 km sürətlə gedən qan kapilyarlara daxil olanda mində bir nisbətdə yavaşlayır. Bədənimizin hər hissəsi geniş kapilyar şəbəkəsi ilə örtülüdür. Bir insandakı kapilyarların uzunluğu ABŞ-ın bir başından digər başına qədərdir. Bu mükəmməl mexanizm bədəndəki bütün hüceyrələri qidalandıran mükəmməl yaradılış nümunəsidir. Necə ki,bir hüceyrə kapilyara ən çox 20-30 mikron uzaqlıqda olur. Başqa sözlə, bu məsafə 0,02 mm-dir və 100 trilyon hüceyrəni dolanan bu mükəmməl şəbəkənin sahəsini anlamaq üçün kifayətdir.

Allah dünyada bir-birindən qüsursuz əsərlər yaradır. Ağlın mənbəyini anlamaq üçün bunları “görmək” kifayətdir. Allah “görən”lə “görməyən” insanı ayələrində belə bildirir:

“De: “Göylərin və yerin Rəbbi kimdir?” De: “Allahdır!” De: “Siz Onu qoyub özlərinə nə bir fayda, nə də bir zərər verməyə qadir olmayanlarımı özünüzə dost tutursunuz?” De: “Korla görən eyni ola bilərmi? Yaxud zülmətlə nur eyni ola bilərmi?” Yoxsa onlar Allaha, Onun yaratdığı kimi yaradan şəriklər tapdılar və (bu) yaradılış onlara bənzər göründü? De: “Hər şeyi yaradan Allahdır. O Təkdir, (hər şeyə) Qalib gələndir.” (Rad surəsi, 16)

 

Kapilyarlarda keçid mexanizmi necədir?

Biraz düşünək… İnsan düşünərək yaradılışın detallarını, möhtəşəmliyini anlayır. Əks təqdirdə deyilənlər hansısa fiziologiya kitabında yazılanlardan fərqli olmayacaq. Qalınlığı mikronlarla təsvir olunan bu yaradılış möcüzəsinin bədəndəki bütün hüceyrələrə çatmağı həqiqətən möcüzədir, mükəmməl yaradılışdır. Belə düşünün: əlləriniz, üzünüz, ayaqlarınız, qollarınız, qısası bədəninizdəki hər m2-a saymağa gücümüzün çatmayacağı qədər çox kapilyar şəbəkəsi düşür və mükəmməl quruluşdadır. Ən təəccüblüsü isə bütün bu şəbəkələrin mütləq bir-birləri ilə əlaqələrinin olması, hər birinin tək mənbədən qidalanmasıdır. Tək bir barmağımızda belə yüzlərlə kapilyar olduğunu düşünsək, bunun nə qədər heyrətamiz olduğunu anlayarıq. İnsanın heyranlıqla izlədiyi bu mükəmməllik Allahın sadəcə “Ol” əmri ilə yaranıb və şübhəsiz, yerlərin və göylərin tək sahibi, aləmlərin Rəbbi olan Allah bunlardan da mükəmməlini yaratmağa qadirdir. Necə ki, Allah Quranda bu gerçəyi insanlara belə bildirir:

“Həqiqətən, göylərin və yerin yaradılması insanların yaradılmasından daha böyük şeydir. Lakin insanların çoxu (bunu) bilmir.”(Ğafir surəsi, 57)

Allahın bu kiçik damarlarda yaratdığı möcüzələr bununla bitmir. Kapilyarların ölçüsü müqayisə edilməyəcək qədər əhəmiyyətlidir. Bu damarlar maye, qida maddələri, hormonlar və digər maddələrin qan ilə toxumalar arasındakı keçidini təmin edir. Buna görə də kapilyarların divarları çox nazik və kiçik molekulları keçirən xüsusi quruluşdadır. Qısası, toxumaların qidalanma və oksigen təmin etmə, həmçinin tullantılarından təmizlənmə kimi mühüm proseslərin hamısı kapilyarlar sayəsində gerçəkləşir.

Kapilyarların divarları 0.5 mikrondur. Burada mübadilələr aparılan müxtəlif qapılar var. Hüceyrələr üçün lazımlı bütün maddələr bu qapılardan keçməlidir. Ancaq qanda olan müxtəlif zülallar bu qapılardan keçə bilməyəcək qədər böyükdür. Bu sayədə yalnız lazımlı maddələr toxumalara çatır, qanın içində qalmalı olan digər molekullar da yollarına davam edir. Bu eyni zamanda, qan mayesinin, yəni plazmanın toxumaların içinə sızmasını da əngəlləyir. Damarların içində olan molekullar mayenin keçməsinin qarşısını qalır və qanın axması üçün şərait yaradır. Maye miqdarında çox az qismi istisna olmaqla azalma olmadığı üçün bədəndəki tarazlığa mənfi təsir edən vəziyyət yaranmır.

Yağda əriyən maddələr isə kapilyarların qapılarından keçməli deyillər. Bunlar birbaşa kapilyar damarların pərdəsindən içəriyə sıza bilirlər. Bu çox əhəmiyyətli xüsusiyyətdir, çünki kapilyarların pərdəsindən asanlıqla keçdikləri üçün bu keçid vasitəsilə oksigen və karbondioksidin çox miqdarda və sürətlə köçürülməsi mümkün olur. Bu səbəbdən bu qazların toxumalara çatma sürətləri, natrium, qlükoza kimi mayedə əriməyən maddələrə nisbətən bir neçə qat daha çoxdur. Bu toxumaların qazlara olan ehtiyacı ilə doğru mütənasibdir. Başqa sözlə, ehtiyac olanda keçid reallaşır.

Qan təzyiqi kapilyarlardakı maye axınına necə təsir edir?

Kapilyarlardan keçən ümumi maye axını ümumiyyətlə qan təzyiqi ilə osmotik təzyiq arasındaki fərqdən asılıdır. Qan təzyiqi çölə doğru, osmotik təzyiq isə mayeni içəriyə tərəf çəkir. Nəticədə maye arteriala birləşmə bölgəsindəki yarıqlar vasitəsi ilə kapilyarlardan çölə itələnir və vena ilə keçid hissəsində yenidən qana geri alınır.

Bir neçə mikrondan ibarət olan və əlaqə toxuması ilə əzələ toxumasından yaranan bu ağıllı borular olduqları toxumanın ehtiyacına görə qanın axınına və dayanmasına nəzarət edirlər. Bu nəzarət şübhəsiz, Allahın böyük nemətidir. Bu tədbir nəticəsində kapilyarlardan qan davamlı olaraq axmır. Kapilyarlara axın saniyələr, ya da dəqiqələr içində kəsik-kəsik olur. Əgər toxuma artıq miqdarda oksigenə ehtiyac duyursa, belə vəziyyətdə mükəmməl nəzarət mexanizmi ilə kapilyarlar əzələ toxumasının təsiri ilə genişlənir və axının davam etdiyi periodları uzadırlar. Beləcə toxumaya daha çox qan axını və dolayısı ilə daha çox oksigen və qida axını olur.

Bu ağıllı boruların içinə daxil olan kiçik qırmızı qan hüceyrələrimiz dar sahədə çətinliklə və dayana-dayana hərəkət edirlər. İçindəki hemoqlobin molekulları sayəsində yol boyu ehtiyatla daşıdığı oksigeni buraxmamaq üçün çalışır. Oksigen ehtiyacı olan bir hüceyrəyə yaxınlaşır, daşıdığı oksigen molekullarını, oksigenin özünə, ya da hüceyrə zərinə verməməsi üçün yavaşca qoyur. Onun yerinə hüceyrənin bayıra atması üçün lazım olan karbondioksidi alır. Artıq qayıtmağa hazırdır. Başqa yük yüklənib, hədəfinə qayıtmalıdır. Getməli olduğu yer isə yükünü alıb yola düşdüyü mərkəz, yəni ürəkdir.

Bayaqdan danışdığımız bu proseslər kapilyarlara aiddir. Etdiyi iş açıq-aşkar tədbirdir və bu ancaq insan kimi ağıllı varlığın düşünüb qərar verəcəyi bir prosesdir. Ancaq əsl diqqət çəkən mövzu isə bədənin içindəki proseslərin bir çoxunun bizlər üçün belə hələ də sirr kimi qalmasıdır. Bu sətirləri oxuyanların bir çoxu kapilyarlarda gerçəkləşən bu hadisələr kimi bədən içindəki bir çox prosesi ilk dəfə eşidir, bədənin aldığı tədbirlərin indi fərqində olur. Belə vəziyyətdə tədbiri alanın insan olmayacağını bir də yenidən anlayır. Bədənimizdəki bu mükəmməl sistemləri yaradan Rəbbimiz Allahdır:

“Mənə nə olub ki, məni yaradana və hüzuruna qaytarılacağınız (Allaha) ibadət etməyim?Mən heç Ondan başqa məbudlar qəbul edərəmmi? Əgər Mərhəmətli (Allah) mənə bir zərər yetirmək istəsə, onların şəfaəti mənə heç bir fayda verməz və onlar məni xilas edə bilməzlər..”(Yasin Surəsi, 22-23)