
Bitkilərin canlı qalması üçün vacib olan yarpaq damarlarının quruluşu necədir?
Yarpağın böyüklüyü və damar sistemləri arasında qurulan riyazi əlaqənin sirri nədir?
Yarpaqlar həm ümumi quruluşu, həm də mikrobioloji baxımdan enerji istehsalını təmin etmək üçün yaradılan çox təfsilatlı və kompleks sistemlərə malikdir. Yarpaq enerji istehsal etmək üçün temperatur və karbondioksidi xarici ünsürlərdən almalıdır. Yarpaqların quruluşu bunun üçün xüsusi formada yaradılıb.
Allah yarpaqların xarici səthində bitkilərin yaşaması üçün bir çox xüsusiyyətlər yaradıb.
Yarpağın xarici səthi genişdir:
Yarpaqların bu xüsusiyyətləri fotosintez üçün lazım olan qaz mübadiləsinin (karbondioksidin sorulması və oksigenin xaric edilməsi kimi proseslərin) asan gerçəkləşməsinə şərait yaradır.
Yarpağın yastı forması bütün hüceyrələrin xarici mühitə yaxın olmasını təmin edir:
Yarpaqların yastı forması qaz mübadiləsini asanlaşdırır və günəş şüaları fotosintez edən hüceyrələrin hamısına çatır. Bunun əksi olan vəziyyəti düşünək. Yarpaqlar əgər yastı və incə quruluşda yox, hansısa həndəsi formada, ya da kobud quruluşda olsaydılar, yarpaq fotosintez prosesini sadəcə günəşlə birbaşa təmas edən hissələrində gerçəkləşdirə bilərdi. Bu da bitkilərin kifayət qədər enerji və oksigen istehsal etməyəcəyi mənasına gəlir. Bunun canlılar üçün ən əhəmiyyətli nəticələrindən biri də heç şübhəsiz, dünyada enerji çatışmazlığının yaranması olardı.
Yarpaqlar işığa həssas şəkildə yaradılıb:
Yarpaqlar işığa həssas olduğu üçün işıq mənbəyinə istiqamətlənmə, yəni fototropizm adlı hadisə gerçəkləşir. Bu saxsı bitkilərində də asanlıqla müşahidə edilən, yarpaqlarının günəşə tərəf yönəlməsinə səbəb olan prosesdir. Bitki bu şəkildə günəş işığından daha çox faydalana bilir.
Yarpaq damarlarındakı xüsusi yaradılış
Allah dünyada növbənöv bitkilər yaradıb. Bu bitkilərin hər birinin də özünəməxsus yarpaqları var. Geniş yarpaqlardakı ana damarlar yarpağın səthində bir-birindən uzaqdır. Kiçik yarpaqlardakı ana damarlar isə yarpaq səthində bir-birlərinə çox yaxın, demək olar ki, üst-üstə yerləşir. Yarpaq və damar genişliyi arasındakı bu əlaqə yarpağın fiziki quruluşuna, fotosintez və tərləmə kimi fizioloji fəaliyyətlərinə bağlıdır.
Yarpağın böyüklüyü bitkilərin çevrələrinə uyğunluğunu müəyyən edən xüsusiyyətlərdən biridir. Ümumiyyətlə dar və kiçik yarpaqlardakı damarın düzülüşü də quraqlığa dözümlü şəkildə yaradılıb. Allah quraq bölgələrdə yaşayan bitkilərin yarpaq damarlarını quraqlıq zamanı suyun asan daşınmasını təmin edəcək şəkildə, bir-birinə çox yaxın yaradıb. Həmçinin yarpaqların ətrafı çox nazik hava təbəqəsi ilə əhatə olunub. Bu təbəqə yarpağın qızmar günəş altında çox isinməsinin qarşısını alır. Digər tərəfdən bunun sayəsində yarpaqlar daha sürətli soyuyur. Bu şəkildə Allah kiçik yarpaqlı bitkilərin çox isti və quru iqlim şərtlərinin hökm sürdüyü sahələrdə rahatlıqla yaşamasına şərait yaradır.
Kiçik yarpaqlardakı ana damarların həm bir-birlərinə çox yaxın olmasının, həm də bir yarpaq sahəsinə düşən ana damarların uzunluğunun və sayının çox olmasının bir hikməti var. Ana damarların uzunluğunun və sayının çox olması quraqlıq zamanı suyun daha faydalı şəkildə daşınmasını təmin edir.
Kiçik yarpaqlarda damarların sıx yaradılmasının digər səbəbi də damarların hansısa bir yerində tıxanıqlıq olanda suyun rahatlıqla daşınması üçün alternativ yollar tapılmasıdır.
Yarpaqlar bitkilərin həm nüvə enerjisi istehsal edən stansiyası, qida istehsal edən fabriki, həm də əhəmiyyətli reaksiyalar geçəkləşdirdiyi laborotoriyadır.
Yarpaqların xüsusi yaradılışı iqlim şəraitinə, yaşadıqları müddətə və hücuma məruz qalma ehtimalına uyğun olaraq dəyişilir. Yarpaqların sahib olduğu quruluş Allahın möhtəşəm yaratmasının nəticəsidir. Ayədə belə deyilir:
“Göydən su endirən Odur. Biz onunla hər bir bitkini yetişdirdik, ondan yaşıl otlar bitirir, onlardan da üst-üstə düzülmüş dənələr çıxarırıq. Xurma ağacının tumurcuqlarından, sallanmış salxımlar yetişir. (Biz həmçinin) üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar (ağacları da yetişdiririk). Bar verdiyi və yetişdiyi zaman onların meyvəsinə baxın. Şübhəsiz ki, bunlarda iman gətirən adamlar üçün dəlillər vardır.” (Ənam Surəsi, 99)
Bitki yarpaqlarının damarları qüsursuz nizamla yaradılıb
Bitkilərin yarpaqları ardıcıl iki mərhələdə inkişaf edir. İlk mərhələdə yarpaqlar tumurcuq şəklində böyüməyə başlayır. Zaman keçdikcə böyümə və inkişaf sürətlənir və yarpaq qısa müddət ərzində lazımi ölçüyə çatır. Yarpağın ana damarları çox yavaş keçən ilk mərhələdə yaranır və sürətli inkişaf prosesinin davam etdiyi ikinci mərhələ başlamazdan əvvəl ana damarların yarpaq üzərindəki sayı və sıxlığı son halını alır. Sürətli inkişaf prosesinin baş verdiyi ikinci mərhələdə ana damarlar yarpağın uzunluğundan və genişliyindən asılı olaraq bir-birlərindən uzaqlaşır, yarpağın səthində yayılır və qalınlaşır. Bu zaman ara damarlar ana damarların arasında inkişaf edir. Yarpağın inkişafı tamamlananda ara damarların şaxələnməsi də tamamlanır.
Gördüyümüz kimi kiçik yaşıl bir cismə möhtəşəm, qüsursuz şəkildə sığışdırılan kompleks sistemlər var. Yarpaqlardakı bu sistem milyon illərdir qüsursuz şəkildə fəaliyyət göstərir. Bəs bu qədər kompleks sistem necə olur ki, belə kiçik sahəyə sığır? Yarpaqlardakı möhtəşəm xüsusiyyətlər necə yaranır? Bu qədər mükəmməl sistemin öz-özünə yaranması mümkündürmü?
Bu suallar təkamül nəzəriyyəsini müdafiə edənlərdən soruşulsa, həmişəki kimi monoton cavab verəcəklər. Tamamilə məntiqsiz müxtəlif fərziyyələr irəli sürəcəklər. Qurduqları xəyali təkamül ssenariləri ilə çeşit-çeşit bitkinin, ağacın, çiçəyin, dəniz bitkilərinin, otların, göbələklərin necə yarandığı sualına cavab verməyə çalışacaqlar, lakin buna nail olmayacaqlar.
Təkamülçülərin yarpaqların yaranması ilə bağlı irəli sürdüyü nəzəriyyələrə baxsaq, çox mənasız, hətta gülünc olan iddialar olduğunu görərik. Bunlardan birində (Telome nəzəriyyəsi) deyilir ki, yarpaqlar bitki gövdəsindəki sistemlərin dəfələrlə təkrarlanan kompleks şaxələnmə və birləşmələri nəticəsində inkişaf edib. Suallarla bu əsassız iddianı tədqiq edək:
Bu şaxələr nəyə görə birləşməyə və yastılaşmağa ehtiyac duyub?
Bu birləşmə və yastılaşma hansı proseslər nəticəsində gerçəkləşib? Budaqlar hansı təsadüfün nəticəsi kimi quruluş və dizayn baxımından tamamilə fərqli quruluşlu yarpaqlara çevrilə bilib?
Sadə damar quruluşuna malik bitkilərdən necə olub ki, minlərlə, milyonlarla növ bitki, ağac, çiçək, otlar törəyib?
Bitkilərin damarlarındakı nizam necə yaranıb?
Əlbəttə ki, təkamülçülərin bu suallara verəcəyi tutarlı açıqlamaları yoxdur. Çünki bitkilərin sahib olduğu bu mükəmməl sistem Allahın qüsursuz yaratmasının nəticəsidir.