Allah bitkiləri niyə uzun ömürlü yaratmışdır?

...

Bitkilər 20 May 2017 17:38


Allah bitkilərdə heyrətamiz xüsusiyyətlər və qüsursuz nizam yaratmışdır. Özünəməxsus faydalara və bənzərsiz sistemlərə sahib olan bitkilərin bu günə qədər yalnız 10000 növü tədqiq edilmişdir. Bu tədqiqatlar nəticəsində də hər bir bitkinin möhtəşəm yaradılış xüsusiyyətləri aşkar olunmuşdur. Allahı tanımaq, Onun isimlərinin təcəllisini görmək və Ona yaxınlaşmaq istəyənlər üçün bitkilərdəki, hətta bircə bitki yarpağındakı yaradılış möcüzələrinə baxmaq, onların ehtişamlı dünyalarını daha yaxından öyrənmək çox faydalı olacaq. Bunun sayəsində də əvvəllər yalnız elm adamlarının bildiyi bu həqiqətləri səmimi və diqqətcil insanlar da öyrənə biləcək. İnsanı heyrətə salan və təsəvvür edə bilməyəcəyi qədər uzun ömür sürən ağaclar da Allahın  möhtəşəm yaratmasının nümunələrindən biridir.

 

Dünyanın ən yaşlı ağacları

 

Bitkilər tənəffüs etdiyimiz təmiz havanın, ehtiyacımız olan qidaların və sərf etdiyimiz enerjinin əsas mənbəyidir. Heyrətamiz mənzərələrin, bihuşedici qoxuların və gözoxşayan rənglərin mənbəyi də bitkilərdir. Beş yüz mindən çox növü olan bitkilər insan həyatında mühüm yer tutur. Bunlar Allahın insana bəxş etdiyi saysız-hesabsız nemətlərdən biridir. İnsanlara min illərdir fayda verən bəzi ağaclar aşağıdakılardır:

 

Qılçıqlı şam

 

Kaliforniyada bitən və 4800 il yaşı olan Qılçıqlı şam ağacı dünyanın ən yaşlı ağaclarından biridir. Yavaş böyüyən bu ağacın əsas xüsusiyyəti qətranının çox qatı olmasıdır. Allahın yaratdığı bu müdafiə mexanizmi ağacın uzunömürlü olmasına böyük təsir göstərir. Çünki ağaç bunun sayəsində həşərat və göbələklərdən qorunur.