“Hörümçək-adam” kimi nümunə götürür?

...

Biomimetika 27 Sentyabr 2016 17:20


Bu günlərdə böyükdən-kiçiyə hər kəsinmaraqla izlədiyi yeni bir filmkinoteatrlarda nümayiş olunur: "Hörümçək-adam -2".

İki il əvvəlAmerika Birləşmiş Ştatlarında yayımlandığı zaman ən yüksək "ilk 3 gün" hasilatı rekordu vuran filmin ikincisi də yeni rekordlara imza atmağa namizəddir. Film Şimali Amerikada qazandığıhasilatla “ilk gün” rekorduvurdu və viziona girdiyi gün kassalara 40.5 milyon dollar hasilat gətirdi.

Filmin mövzusu qısaca belədir:

Mülayim xasiyyətli Peter Parker (Tobey Maguire) bir tərəfdən qüvvəsininona qazandırdığı üstünlükləri insanlara fayda vermək üçün istifadə edərək qarşılaşdığı çətinliklərlə mübarizə aparır, digər tərəfdən isə hörümçək-adam və tələbə şəxsiyyəti arasındakı tarazlığı qorumaq məcburiyyətində qalır. Peter bu dəfə güclü, çox qollu vəqəddar Dr. Octopus (Osminoq), yəni "Doc Ock" (Alfred Molina) ilə qarşı-qarşıya gəlir. Peter bu səkkiz qollu, çılğın adamı dayandırmaq üçün bütün super qəhrəman qüvvəsini toplamalıdır.

“Hörümçək-adam-2” filmi bu həyəcanlı hekayəni mükəmməl vizual effektlərlə birləşdirərək tamaşaçılara təqdim edir.

"Spider-Man və ya hörümçək-adam" klassikləşmiş“MarvelComic”cizgi roman obrazına əsaslanır. Marvelin rejissoru Stan Li(Stan Lee) ilə şirkətin qrafik dizayneri Stiv Dikonun (Steve Ditko)yaratdıqları obraz olanhörümçək-adam ilk dəfə 1962-ci ildə kifayət qədərmüvəffəqiyyətqazanmayan “Amazing Fantasy”(inanılmaz fantaziya) cizgi romanının son buraxılışında göründü. Obraz yüksək rəğbət qazandığından “Amazing Fantasy” cizgi romanının adı dəyişdirilərək“Amazing Spider-Man” (inanılmaz Hörümçək-adam) oldu və 1963-cü ilinmart ayındayenidən oxuculara təqdim edildi.Həmin tarixdən indiyə qədərhörümçək-adam dünya miqyasında ad qazandı və ən məşhur super qəhrəmanlardan birinə çevrildi.

İndi isə bu super qəhrəmanı "qəhrəman" edən xüsusiyyətlərə nəzər salaq!

Hörümçək sıçraması

Hörümçək-adam eynilə hörümçək kimi hündürə sıçraya bilir.

Hörümçək toru

Hörümçək-adam hörümçək toru kimi tor hazırlayır və tutmaq istədiyi insanları bu yolla tələyə salır.

Hörümçək refleksləri

Eynilə  hörümçəkdə olduğu kimi güclü reflekslərə sahib olması hörümçək-adamın təhlükə anında sürətlə qorunmasını təmin edir.

Hörümçək hissləri

Reflekslərdən əlavə,hörümçək-adamıtəhlükəyə qarşı xəbərdar edən "hörümçək hissləri" var. Bu hissi sayəsində ona arxadan hücum etmək mümkün deyil.Reflekslər və hörümçək hissi onu məğlubedilməz qəhrəmanaçevirir.

Səthə yapışma xüsusiyyəti

Hörümçək-adamın əsas xüsusiyyətlərindən biri də eynilə hörümçək kimi, demək olar ki, hər səthə yapışaraq yeriyə bilməsidir.

İndi də həqiqi hörümçəyin sahib olduğu möhtəşəm xüsusiyyətlərdən bir neçəsinə nəzər salaq!

Funksional ayaqlar

Hörümçəyin ən çətin vəziyyətlərdə belə yeriməsini və yapışmasınıtəmin edən dörd cüt ayağı var. Hər ayaq yeddi hissədən ibarətdir.Hər ayağın sonunda "skopula" adlanan tükcüklər mövcuddur.Canlı bu tükcüklər sayəsində divarlarda və ya tamamilə tərs müstəvidə belə asanlıqla yeriyə bilir.

Güclü hiss etmə bacarığı

Sıçrayan hörümçəklərdən başqa, hörümçəklərin bir çoxunun görmə qabiliyyəti zəif olur, yalnız yaxın məsafəni görə bilirlər.Bir ovçu üçün böyük çatışmazlıq sayılan bu vəziyyət hörümçəyin həssas xəbərdarlıq sistemi ilə aradan qaldırılmışdır.

Bu xəbərdarlıq sistemi toxunma hissinə əsaslanır.Bədən titrəyişə həssas tükcüklərlə örtülüdür.Bu tüklərin hər biri bir sinir ucuna bağlıdır.Toxunma, hətta səs və qoxu ilə bağlı meydana gələn titrəyişlər bu tükləri qıcıqlandırır.Tükcüklər titrəyişləri sinir uclarına ötürür.Sinirlər isəbu siqnalları sürətlə beyinə göndərir.Bunun sayəsində hörümçəklər ən kiçik titrəyişlərdən belə xəbərdar olurlar.

Zəhərli iynəli qısqaclar

Hörümçəklərin gözlərinin önündə iki güclü qısqac olur.Bu qısqaclar hörümçəyin həm müdafiə, həm də ov etmə silahıdır.Hər qısqacın arxasında öldürücü zəhərizəhər kasasına axıdan zəhər vəzi olur.Hörümçək ovunu hərəkətsiz hala salmaq istədikdə qısqaclarını ovuna batırır.Sonra qısqacın dəliklərindənovun bədəninə xüsusi zəhər yeridir.

 Suda yerimə xüsusiyyəti

Su hörümçəkləri suyun səthində yeriməyitəmin edən xüsusi sistemə sahibdirlər.Bu hörümçəklərin ayaqlarının ucunda hidrofob arı mumu ilə örtülmüş tükcüklərdən ibarət məxməri sıx hörgü vardır.Bunun sayəsində hörümçək suyun üzərində batmadan yeriyə bilir.

Dizayn möcüzəsi torlar

Hörümçək toru ağırlığı daşıyan skelet ipliklər, bu ipliklərin üzərinə yerləşdirilmiş spiralşəkilli yapışqan ipliklər və torun iplərini bir-birinə birləşdirən bağ iplərindən ibarətdir. Spiralşəkilli yapışqan ipliklər dayaq ipliklərinə tam bağlanmır.Beləliklə də, tora düşən böcək xilas olmağa çalışdıqca yapışqan tora daha çox yapışır.Böcəyin üzərinə yapışan ipmüəyyən müddət sonra elastikliyini itirərək sərt və möhkəm hala gəlir.Böcək hərəkətsiz qalır.Bundan sonra isə ov sanki canlı qablaşdırılmış hazır bir qida kimi möhkəm skelet ipliklərinin üzərində hörümçəyin gəlib son zərbəni vurmasını gözləyir.

Hörümçəklər torunu ovlamaq istədikləri heyvanın ölçüsünə görə qururlar.Həmçinin torların mailliliyi ovlanan böcəyin hərəkətinə (uçan, yeriyən, sıçrayan və s.) görə dəyişir. Bunun sayəsində həm torun zədələnməehtimalı azalır,həm də ovun tutulma imkanı artır.

İpək möcüzəsi

Hörümçək ipi eyni qalınlıqdakı poladdan beşdəfə möhkəmdir. Ən möhkəm materiallardan olan polad böyük müəssisələrdə bir çox texniki prosedurlar tətbiq edilərəkəldə edilir. Poladdan beş dəfə möhkəm olan hörümçək ipi isəheç bir müəssisədə hazırlanmır; bir böcək tərəfindən ifraz olunur. Demək olar ki, hər yerdə rast gəldiyimiz istənilən hörümçək bu ipi hazırlaya bilir.İpəyin digər maraqlı xüsusiyyəti isə son dərəcə yüngül olmasıdır. Bunu belə bir nümunə ilə açıqlaya bilərik: Dünyanın ətrafına dolanan ipək ipliyinin çəkisicəmi 320 qramdır.Bundan əlavə, hörümçək ipi öz uzunluğunun dörd qatı qədər uzanabilir.

Həm möhkəm, həm də elastik material tapmaq çox çətindir.Məsələn, polad kəndir ən möhkəm materiallardan biridir.Lakin kauçuk kəndirlər kimi elastik olmadığı üçün bir müddət sonra deformasiyaya uğrayır.Kauçuk kəndir isə asanlıqla deformasiya olmasa da, kifayət qədər dözümlü olmadığı üçün ağır yükləri qaldıra bilmir.Lakin hörümçək ipliyi eyni qalınlıqdakı polad ipdən beşdəfə möhkəm, eyni qalınlıqdakı kauçukdan isə 30% elastikdir.

Hörümçəklər fərqli məqsədlər üçün fərqli torlar hazırlayırlar.Bu ipək torlar həm elastiklik, həm də möhkəmlik baxımından fərqli xüsusiyyətlərdə olduqları kimi, qalınlıq və yapışqanlıq baxımından da fərqli olurlar.Məsələn, hörümçəyin həyatında böyük rol oynayan yapışqan ipləryapışqan xüsusiyyəti ilə yanaşı,həm də möhkəm və elastik quruluşa malikdir.Bu tor hörümçəkdən 2-3 dəfə çox ağırlığı asanlıqla daşıya bilir.Tutduğu ovu da özü ilə birlikdə daşıyan hörümçək bu tor sayəsində etibarlı şəkildə  yuxarı-aşağı hərəkət edə bilir.

"Super qəhrəmanlar" "super heyvanları" nümunə götürür!  

Hər kəsin uşaqlıq illərindən xatırladığı bir çox super qəhrəmanlar var. Quş kimi uçma qabiliyyətinə sahib olan “Superman”, yarasa kimi səssiz uçan və yarasanın bir çox xüsusiyyətlərinə sahib olan “Batman”, məqaləmizin mövzusu olan “Spiderman” (Hörümçək-adam) və bir çoxları... Fikir vermişsinizsə, bu qəhrəmanlarınbir ortaq cəhəti var. Hər biri bir heyvanın mükəmməl xüsusiyyətlərinə sahib olduqları üçün "qəhrəmandırlar"! Bu heyvanlar elə qüsursuz xüsusiyyətlərlə yaradılıblar ki, bu xüsusiyyətlərdən yalnız bir neçəsinə sahib olan xəyali insanlar insanın əsla bacarmadığı, çətin işləri asanlıqla yerinə yetirən "qəhrəmana" çevrilirlər.Qəhrəmanlara nümunə olan bu heyvanları araşdırdığımız zaman, həqiqətən də, son dərəcə mükəmməl xüsusiyyətlərlə qarşılaşırıq.

Göründüyü kimi, hörümçək möhtəşəm xüsusiyyətlərə sahib canlıdır.Bütün bu xüsusiyyətlərin hörümçəkdə təsadüfən əmələ gəlməsi və ya ağıla və şüura sahib olmayan canlının bu xüsusiyyətləri planlayıb, bədəninə yerləşdirməsi,əlbəttə ki, mümkün deyil.Hörümçəyin bu mükəmməl xüsusiyyətləri Allahın bütün canlılar kimi, hörümçəyi də qüsursuz şəkildə yaratdığını göstərir.

Bu günlərdə kinoteatrlarda izlədiyimiz Hörümçək-adam kiçik bir hörümçəyin yalnız bir neçə xüsusiyyətinə sahibdir.Bu xüsusiyyətləri filmdəki virtual xarakterdə görüb həyəcanlanan insan bunlardan daha artığına sahib olan hörümçək haqqında düşünməli və Allahın möhtəşəm yaratması qarşısında daha çox həyəcanlanmalıdır.

Unudulmamalıdır ki, Hörümçək-adam da, digər bütün super qəhrəmanlar da Allahın bənzərsiz xüsusiyyətlərlə yoxdan var etdiyi canlılardan nümunə götürülərək hazırlanan virtual qəhrəmanlardır.