Balıqların dayanıqlı dəriləri

...

Heyvanlar 11 Dekabr 2016 22:45


 

Balıqların əksəriyyətinin bədəni olduqca möhkəm dəri ilə örtülmüşdür. Allah bu canlıların dərilərində 2 təbəqə, alt və üst təbəqələr yaratmışdır. Üst dəridə selikli qişa ifraz edən vəzilər var. Selikli qişa sürüşkən və yapışqandır və balığın sudakı hərəkəti zamanı sürtünməni minimum səviyyəyə qədər azaldır, dolayısı ilə balıqlara daha sürətli hərəkət etmək imkanı yaradır. Bundan başqa sürüşkənlik xüsusiyyəti ilə balığın düşmənləri tərəfindən tutulmasını da çətinləşdirir. Selikli qişanın digər xüsusiyyəti isə balığı xəstəlik törədən orqanizmlərə qarşı qorumaqdır.

Bundan əlavə balıqların üst dərisində keratinə bənzər bir təbəqə də var. Keratin dərinin alt təbəqələrindəki yaşlı hüceyrələrin qida və oksigen çatışmazlığından ölməsi və yerini yeni hüceyrələrə verməsi nəticəsində yaranan sərt və dayanıqlı bir maddədir. Keratindən ibarət olan bu təbəqə suyun balığın bədəninə daxil olmasına mane olaraq balığın daxili təzyiqi ilə xarici mühitdəki təzyiqin tarazlanmasını təmin edir. Əgər bu təbəqə olmasaydı, su balığın vücuduna girərək təzyiq tarazlığını pozar və balığın ölümünə səbəb olardı.

Qütblərdə yaşayan balıqlar isə dərilərindəki buz kristallarının istiliyini -2 C°-yə qədər azalda bilən zülal istehsal edən genə malikdirlər. Bu zülal buz kristallarındakı oksigen molekullarına bağlanaraq buz təbəqələrinin genişlənməsinə mane olur və bu canlıların donmasının qarşısını alır.